BolgeXeber.Com » Bölgə » Xanağalı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

Xanağalı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

11-10-2023, 12:55
Oxunub: 3 736

Bolgə.TV xəbər verir ki, Xanağalı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Xanağalı kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.

Son illərdə kənd qazlaşdırılıb, kənddaxili 2 km yollar qum-çınqılla əsaslı təmir edilib, içməli su üçün 1 ədəd artezian quyusu qazılıb, 2 km açıq dren-kanal, 2 km suvarma arxı lildən təmizlənmişdir. Kənddə 1 ədəd elektron ATS quraşdırılmış, stansiyaya optik kabel çəkilmiş, sürətli internet verilmişdir. Xanağalı kəndində yaşayan II qrup I Qarabağ müharibəsi əlili Xəlilov Rəfail Yunis oğluna fərdi yaşayış evi tikilmişdir. 2022-ci ildə isə Xanağalı kəndində bir ədəd şəhid bulağı tikilmiş, kəndin baş yolunda dayanacaq və xidmət obyektindən ibarət kompleks tikilərək istifadəyə verilmişdir.

2023-cü ildə Xanağalı kəndində 1 nəfər 2 qutu barama götürüb saxlamış, hər qutudan ¬¬¬60 kq olmaqla 120 kq barama istehsal edilmişdir. Cari ildə ümumilikdə 50 hektar sahədə pampıq əkilmişdir.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri, İldırım Məmmədov Xanağalı kəndinin elektrik enerjisinin verilməsində fasilələr yarandığı üçün kəndin elektrik şəbəkəsinin yenidən qurulması, Şirin Hacıyev Xanağalı kəndində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Gəray Əsədov Xanağalı kəndinin internet ilə təminatının yaxşılaşdırılması, Rəşid Həsənov Xanağalı kəndinin də ərazisindən keçəcək Əmirli-Xanağalı-Uğurbəyli avtomobil yolunun yenidən qurulması, Nərgiz Həsənova 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən yenidən qurulmuş 200 şagird yerlik məktəbdə şagird çoxluğu ilə əlaqədar olaraq 4 ədəd yeni sinif otağının quraşdırılması, Rizvan Nərimanov Xanağalı kənd tam orta məktəbin təbii qaz ilə təchiz olunması, Rafail Xəlilov I Qarabağ müharibəsinin 2-ci qrup əlili kəndin girişindəki şəhid bulağının ətrafının abadlaşdırılması, Aynurə Hacıyeva Vətən müharibəsinin 2-ci qrup əlili Hacıyev Ələddin Xaləddin oğlunun həyat yoldaşı fərdi yaşayış evinin tikintisi üçün kənd ərazisindən həyətyanı torpaq sahəsinin verilməsi, Vasif Babayev işlə təmin olunması, Xaləddin Hacıyev kəndin ərazisində şor suların axıdılması üçün istifadə olunan 2 km uzunluqda dren kanalın lildən təmizlənməsi barədə müraciətlər etmişlər.

Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.