BolgeXeber.Com » Bölgə » Xocavənddə ünvanlı sosial yardımlar ünvansızlaşıb

Xocavənddə ünvanlı sosial yardımlar ünvansızlaşıb

8-11-2013, 13:50
Oxunub: 3 737 Barəsində mümkün qədər tez, həm də təsirli tədbirlər görülməsi gərəkən vəzifəli şəxslərdən biri də Xocavənd rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Məhəmmədəli Bayramovdur

Dövlətin sosial siyasəti ölkə əhalisinin rifah halının yaxşılaşmasına xidmət edir.

Yerlərdə bu siyasəti əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin, Dövlət Sosial Müdafiə Mərkəzinin yerli qurumları həyata keçirirlər. Ancaq müşahidələr göstərir ki, yerli struktur vahidləru öz fəaliyyətlərində ciddi qanun pozuntularına yol verir.

Heç kimə sirr deyil ki, Respublikamızda ötən ildən daha da sərtləşdirilən antikorrupsiya tədbirləri sayəsində barəsində ciddi ölçü götürülən şəxslər sırasında məhz bu qurumun rəhbər işçiləri də az olmayıblar. Qanunvericiliyin tələblərini pozduqlarına görə nazirliyin və mərkəzin yüzlərlə əməkdaşları intizam tənbehi tədbirləri görülüb, ciddi nöqsanlara yol verdiklərinə görə onlarla əməkdaş vəzifədən azad edilib, töhmət verilib,ən nahayyət təqsirkar bilinərək cinayət məsuliyyətinə cəlb edilərək həbsə alınıblar.

Barəsində mümkün qədər tez, həm də təsirli tədbirlər görülməsi gərəkən vəzifəli şəxslərdən biri də Xocavənd rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Məhəmmədəli Bayramovdur.

Bildirilir ki, Məhəmmədəli Bayramov ünvanlı sosial yardım almağa həqiqi ehtiyacı olan insanların üzərinə qəribə tələblər qoyması, sosial müdafiəyə ehtiyacı olan Xocavənd vətəndaşları üçün çətinliklər, bürokratik əngəllər törədir. Qeyd etmək yerinə düşər ki, adıçəkilən rayonda sosial-iqtisadi durum heç də ürəkaçan deyil. Bunlar azmış kimi rayonda rüşvətxorluq, korrupsiya və maxinasiya hallarına yol verən məmurlar da kifayət qədərdir. Onlardan biri adı çəkdiyimiz Xocavənd rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdüri Məhəmmədəli Bayramovdur. Xocavəndlilərdən əldə etdiyimiz məlumata görə, ünvanlı sosial yardımları almaq istəyənlərə müəyyən məbləğdə «şapka» müəyyənləşdirilib. Məsələn, ünvanlı sosial yardımı almaq üçün hər bir vətəndaş ən azından dövlətin ona ayırmış ünvanlı sosial yadımın 5-6 aylarını mərkəzi rəhbərinə «hörmət» etməlidir. Əks halda aztəminatlı ailələrin üzvləri və yoxsullar növbəti 1-il üçün müavinət və yardım almaqdan məhrum olacaqlar. Onların yuxarı instansiyalı orqanaları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Prezidentinə, Prezident Administrasiyasına və digər orqanlara ünvanladıqları şikayət məktubları, ərizələr və müraciətlər baxılması üçün Xocavənd rayon İcra Hakimiyyəti Aparatına göndərilir. Təbii ki, icra başçısı Eyvaz Hüseynovda bu məktubların cavabsız qalmasını, yaxud yazılanların yanlış olmasına yuxarı orqanları inandıra bilir.

Məhz bu səbəbdən də mərkəzi rəhbəri Məhəmmədəli Bayramova gözün üstə qaşın var deyən tapılmır. Elə buna görə də, aztəminatlı ailələrə çatmalı olan sosial yardımları yalnız ehtiyacı olanlara deyil kənar şəxslərə verir. O da bildirilir ki, mərkəzin direktoru özünün padşahlıq dövrünü yaşayır. Ona görə ki, Məhəmmədəli Bayramovun bu istiqamətdə yol verdiyi qanunsuzluqla, korrupsiya halları xocavənd icra hakimiyyətidə ört-basdır edilir. İndi isə güman etməyə dəyər ki, Səlim Müslümovun nazir vəzifəsinə təyinat alması bu sahədə baş verən nöqsanlara işıq salacaq.

Eləcə də Xocavənd rayonu ƏƏSMM-də baş alıb gedən rüşvətxorluq köklü şəkildə araşdırılacaq və Məhəmmədəli Bayramov öz layiqli cəzasını ala biləcək. Amma Məhəmmədəli bəyin “ ortada yeyib kənarda gəzməsi”nə adi hal kimi baxanlarda var. Adını çəkmək istəmədiyimiz, lakin necə deyərlər, “sözünü qəribçiliyə salmağa” da layiq bilmədiyimiz nüfuzlu ağdamlılardan biri bu məsələyə belə münasibət bildirmişdir: “ Məhəmmədəli “avtoritet oğlan”dır, ona olar…”(?) Bu ifadəyə şərh verməyə doğrusu, bir az çətinlik çəkirik.

Onu dəqiq bilirik ki, “avtoritet” sözünün hərifi mənası ruscadan tərcümədə “nüfuz” mənasını verir. Ümumən cəmiyyətdə yüksək mövqeyə malik olanlardan daha çox, kirminal aləmdə nüfuz sahibi olanların barəsində daha çox işlənilir. İndi özünüz fikirləşin… Məhəmmədəli bəy doğurdandamı “avtoritet oğlandı