BolgeXeber.Com » Bölgə » Xocavəndin söndürülmüş səhiyyə ocağı

Xocavəndin söndürülmüş səhiyyə ocağı

11-11-2013, 10:40
Oxunub: 4 997 Baş həkimin 35 min manatlıq istirahət turnesi

Nurəngiz Bəşirova təkcə 2013-cü ildə özünə məxsus olan firmalar və fiziki şəxslər vasitəsi ilə 200 mindən artıq vəsaiti mənimsəyib

2005-ci ildə Agcabədi Rayon Prokurorlugunda haqqında ciddi korrupsiypa faktları ilə bağlı cinayət işi açılan (həmin məlumatı bu linkdən oxuya bilərsiniz http://az.trend.az/news/society/815870.htm) və Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovun hamilik etməsi nəticəsində cəzadan yayınmağı başaran və bundan sonra da Xocavənd Rayon Mərkəzi Xəstəxanının bas həkimi vəzifəsində çalışmaqda davam edən Nurəngiz Bəsirova yeni korrupsiya əməlləri haqqında azerinfo.org-un redaksiyasına maraqlı məlumatlar daxil olub.

Daxil olan məlumatda bildirilir ki, yenə də Eyvaz Hüsenovun hamiliyi nəticəsində «Tərəqqi» medalına layiq bilinən Nurəngiz Bəşirova Xocavənd səhiyyəsinin ocağını tamamilə söndürüb. Belə ki, rayonda xəstələnən insanlar Nurəngiz Bəşirovanın rəhbərlik etdiyi xəstəxanadan taun xəstəliyndən qaçan insanlar kimi qaçırlar. Bunun səbəbi isə çox sadədir. Xocavənd Mərkəzi xəstəxanası başda olmaqla rayonun bütün tibb ocaqları xaraba vəziyyətdədir. Buna baxmayaraq heç bir şəraiti və tibb avadanlıqları olmayan xəstəxanalarda həkimlər xəstələrdən elə pul istəyirlər ki, həmin qiymətə Avropanının və Amerikanının özəl klinikalarında belə müalicə olunmaq olar. Elə bu üzdən də xəstələr sakitcə qonşu rayonlara və İrana üz tutmağa üstünlük verirlər.

Məlumatda Nurəngiz Bəşirovanın böyük korrupsiya əməllərindən də bəhs olunur. Belə ki, bu il xəstəxanaya 350 min manatdan artıq vəsait ayrılmasına baxmayaraq Mərkəzi Xəstəxanada ən adi bint və yodu belə tapmaq mümkün deyil.

Mənbə bildirir ki, icra başçısı Eyvaz Hüseynovla şəxsi münasibətlərinin olmasından yaralanan baş həkim Xocavənd çəhiyyəsinə ayrılan bütün maliyyə vəsaitlərini mənimsəməklə Xocavəndin korrupsioner məmurları arasında liderlik edir. Bildirilir ki, təkcə 2013-cü ilə özünə məxsus olan firmalar və fiziki şəxslər vasitəsi ilə 200 mindən artıq vəsait baş həkim tərəfindən mənimsənilib. Belə ki, dəftərxana ləvəzimatlarının, bərk və yumşaq inventarların, ərzaq məhsullarının, avtomobil hisssələrinin, mətbəə xidmətlərinin və s. satın alınması adı altında Nurəngiz Bəşirova külli-miqdarda vəsaiti silərək nəqdləşdidiyi iddia olunur.

Mənbə bildirir ki, bu yay Nurəngiz Bəşirova rayon xəstəxanaları üçün ərzaq mallarına ayrılan 35 min manat vəsaiti birbaşa bankdan göturərək istirahətə gedib. Mənbə bu il yayda baş həkimin Yesuntukki, Bodrum kimi məşhur kurort mərkəzlərində istirahət etdiyini, daha sonra isə Bodrumdan Avropaya getdiyni qeyd edir. (Mənbə baş həkimin 35 min manatlıq istirahət turnesi haqqında maraqlı detallarda açıqlamaqdadır. Bu barədə daha ətralı gələn yazılarımızdan birində məlumat verməyi düşünürk).

Məlumatda o da qeyd olunur ki, Nurəngiz Bəşirova xəstəxanalarda çoxlu sayda ölü canlar saxlayır və bununlada dövlət büdcəsinə ziyan vuraraq həmin xəyali işçilərin maaşlarını mənimsəyir.

Xatırladaq ki, Xocavənd Rayon Mərkəzi Xəstəxanının bas həkimi Nurəngiz Bəşirova Qarabağ döyüşlərində həkim kimi iştirak edib və uzun illərdir ki, Xocavənd Səhiyyəsinə rəhbərlik edir. Hazırda isə 22 il müddətində Xocavənd İcra Hakimiyyətinin başçısı olan Eyvaz Hüsenovun istefaya yollanılması gündəmə gəldiyi üçün başçı Nurəngiz Bəşirovanı öz kürsüsündə oturtmağa çalışır.

Yazıda qaldırılan iddialarla bağlı qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq…
Bolgexeber.com