BolgeXeber.Com » Bölgə » Rayon rəhbəri tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Rayon rəhbəri tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
14-11-2023, 13:45
Oxunub: 976
Bolgə.TV xəbər verir ki, Rayon rəhbəri tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 19 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən əkinçilik məqsədilə icarəsinə ayrılması, işğaldan azad olunmuş ərazilərdə evlə təmin olunma, maddi köməklik, heyvandarlıq aktivləri ilə təmin olunma, evlə təmin olunma, ev tikintisinə icazə və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Çox Oxunanlar
- 18-11-2023, 18:27 : Məşhur rus killeri azadlığa buraxıldı
Dünya / Xəbərlər
- 11-11-2023, 18:52 : Zəngin cütlüklə bağlı yeni detallar üzə çıxdı
Şou-Biznes / Xəbərlər
- 25-11-2023, 17:54 : AFFA bu klubla bağlı məlumat yaydı
İdman / Xəbərlər
- 2-12-2023, 17:21 : NİİM bu sürücülərə müraciət etdi
Xəbərlər / Ölkə
- 17-11-2023, 18:42 : Azərbaycan və İran səfirləri nəyi müzakirə etdi?
Siyasət / Xəbərlər
- 20-11-2023, 18:34 : Şakira həbs oluna bilər?
Şou-Biznes
- 9-12-2023, 17:20 : Bakı daha bir tədbirə ev sahibliyi edəcək
Xəbərlər / Ölkə
- 22-11-2023, 18:10 : Byazi qalmaq istəyirdi- Baş məşqçi açıqladı
İdman / Xəbərlər
- 22-11-2023, 09:54 : Araikin adamı Bakıda saxlanıldı
Gündəm / Xəbərlər / Ölkə
- 24-11-2023, 18:26 : Tarixdə bir ilk- Qəzzaya humanitar yardım maşını daxil oldu
Dünya / Xəbərlər