BolgeXeber.Com » Bölgə » Bərdədə “dövlət qulluqçularının etik davranışı" mövzusunda təlim keçirilmişdir

Bərdədə “dövlət qulluqçularının etik davranışı" mövzusunda təlim keçirilmişdir

23-11-2023, 09:41
Oxunub: 1 264
Bolgə.TV xəbər verir ki, bu gün Bərdədə “dövlət qulluqçularının etik davranışı" mövzusunda təlim keçirilmişdir

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"nın "Fəaliyyət Planı"nın 8.10.1 tapşırığının (dövlət qulluqçularının etik davranışı mövzusunda təlimlərin keçirilməsi) icrası ilə əlaqədar Bərdə rayonu İcra Hakimiyyətinin başçısı aparatında, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularına hər il olduğu kimi cari ildə də Bərdə rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aparatın inzibati binasında 22.11.2023-cü il tarixində “dövlət qulluqçularının etik davranışı" mövzusunda təlim keçirilmişdir.
Təlim zamanı dövlət qulluğunda etik davranış qaydaları və prinsipləri, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər barədə məlumat verilib. Qeyd olunub ki, dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalı, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməlidir.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.