Oğuz və Şamaxıda vəzifəli şəxslər barəsində protokol tərtib olunub
23-11-2023, 16:47
Oxunub: 4 208
Sanitar-gigiyena qaydalarının pozulmasına görə Oğuz və Şamaxıda vəzifəli şəxslər barəsində protokol tərtib olunub
Oğuz və Şamaxı rayonlarında sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi tələblərinin daha da gücləndirilməsi məqsədilə polis, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən birgə növbəti tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, keçirilən tədbirlər zamanı Oğuz rayonunun Yemişənli, Şamaxı rayonunun Çuxuryurd kəndləri ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib.
Aşkar edilmiş faktlarla bağlı vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.
Bu kimi halların qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər