Yardımlıda dərədən silah-sursat aşkarlanıb
24-11-2023, 11:58
Oxunub: 3 512
Yardımlı Rayon Polis Şöbəsinə rayonun Telavar kəndi ərazisindəki dərədən silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə torbanın içərisindən 1 ədəd "AKS-74U" markalı avtomat, həmin silaha aid 5 ədəd daraq, 2 ədəd əl qumbarası, 504 ədəd müxtəlif çaplı patronlar aşkarlanaraq götürülüb.
Bundan əlavə, Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində aparılan əməliyyat tədbirləri nəticəsində 5 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər