11 rayon ƏSMM-in müdiri işdən çıxarılacaq?
13-11-2013, 10:55
Oxunub: 5 148
ƏSMM-in yerli şöbələrindən birinin rəhbəri istefa ərizəsini yazıb, digərləri isə pul toplayırlar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başına yencə keçən Səlim Müslümov «qılıncı»nı əlinə alaraq, keçmiş nazirdən qalan kadrları «doğramağa» başlayıb. Artıq yeni nazir 11 rayonda total yoxlamaların aparılması ilə bağlı qəti göstəriş verib və proses başlayıb.
Əldə etdiyimiz məlumatlara görə, yeni nazirin tapşırığı ilə İmişli, Beyləqan, Füzuli, Sabirabad, Biləsuvarda ƏƏSMN-in yerli şböələrində yoxlamalar başlayıb. Adları çəkilən rayonlardakı qurumların rəhbərləri hər an işdən çıxarıla biləcəklərini düşünürlər. Elə buna görədir ki, bəziləri yıxan adamlarını başına yığaraq, onlardan ehtiyat üçün pul toplamalarını istəyiblər. Görünür, əlverişli məqam yarandığı təqdirdə onu nazirliyə ötürməyə cəhd edəcəklər.
Gələn xəbərlərdə vurğulanır ki, yoxlamalar yaxın günlərdən etibarən Tərtər, Goranboy və Ucar rayonlarını da əhatə edəcək. ƏƏSMN-in bu rayonlardakı şöbələrinin rəhbərləri isə indidən hazırlıqlarını görüblər və gələn yoxlamanı da layiqincə qarşılayacaqlar.
Redaksiyaya verilən son məlumatlara görə isə yoxlama aparılan ƏƏSMN-nin Ağcabədi rayon şöbəsində isə işdən çıxmalar könüllü şəkil almağa başlayıb. Belə ki, şöbənin müdiri artıq istefa verib. Digər işçilər də vəziyyətə uyğun şəkildə hərəkət etməyə çalışırlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər