BolgeXeber.Com » Bölgə » Sumqayit sahibkarlarindan Eldar Əzizova super təklif

Sumqayit sahibkarlarindan Eldar Əzizova super təklif

1-07-2011, 17:05
Oxunub: 5 896
Sahibkarlar obyektləri şəhərdə gedən abadlaşdırma işlərinə dəstək olmaq üçün öz maliyyələri hesabına müasir standartalara uyğun təmir etməyə hazır olduqlarını bildiriblər

Sumqayıtda yerləşən “Şərq Bazarı” ətrafında yaranan narazılıq barədə dünən oxucularımıza məlumat vermişdik. Şəhərdə aparılan abadlıq işləri ilə əlaqədar “Şərq Bazarı” ətrafında yerləşən obyektlər sökülərək, yerinə müasir standartlara uyğun obyektlər tikiləcək. Lakin həmin obyektlərdə 15 ildir fəaliyyət göstərən sahibkarlar yeni planla bağlı sürprizlə rastlaşıblar. Belə ki, bazarkom Rəşid Babayev obyekt sahiblərinə bildirib ki, sizin obyektləriniz Afət Həsənov adlı şəxsin adına özəlləşdirilib. Yəni şəhərdə aparılan abadlıq işləri ilə bağlı keçmiş baş prokuror Eldar Həsənovun yaxınlarından olan Afət Həsənov adlı şəxs sahibkarların qanuni obyektlərini özəlləşdirərək obyektləri təmir edəcək və həmin obyektlərdə sahibkarliq fəaliyyətinə başlayacaq.

Bolgeeber.com-un əməkdaşı ilə söhbəti zamanı sahibkarlar, obyektlərini şəhərdə aparılan abadlaşdırma işlərinə dəstək niyyətiylə öz maliyyələri hesabına, müasir standartalara uyğun şəkildə təmir etməyə hazır olduqlarını bildiriblər.
Artıq bununla bağlı layihə də hazırladıqlarını qeyd edən sahibkarlar, yeni layihənin şəkillərini də əməkdaşımıza təqdim ediblər.