BolgeXeber.Com » Bölgə » Şəki Dövlət Texniki Kollecində daha bir yığım

Şəki Dövlət Texniki Kollecində daha bir yığım

15-11-2013, 09:20
Oxunub: 4 005 Orxan Şəbiyev baş mühasibinin əliylə tələbələrin təqaüd kartına görə, onların hər birindən 1 manat pul tələb edir

Şəki Dövlət Texniki kollecində daha bir yığım kampaniyasına başlanılıb. Bu barədə Bolgexeber.com-a kollecdə təhsil alan tələbələr məlumat veriblər. Həmin məlumatda deyilir ki, kollecin direktoru Orxan Şəbiyevin göstərişinə əsasən baş mühasib tələbələrdən 1 manatdan pul yığmalarını tələb edib.

Məlumatda vurğulanır ki, baş mühasibin tələbələrdən istədiyi 1 manat haqq onlara pulsuz verilməli olan təqaüd kartına görədir. Belə ki, hər il dəyişdirilməli olan bu kartların pulu dövlət tərəfindən ödənilir. Orxan Şəbiyev isə bunu da özünə qazanc yeri bilərək, tələbələrin cbinə girməyə başlayıb. Həmin pulu verənlərə təqaüd kartı verilsə də, ödəməyənlərin get-gələ salırlar. Daha doğrusu, tələbədən tələb olunur ki, banka gedib, 10 manat verib yeni kart alsın.

Bolgexeber.com olaraq onu da bildirək ki, Şəki Dövlət Texniki Kolleci ilə bağlı hələ bir müddət əvvəl də məlumat yaymışdır. Bildirmişdik ki, bu təhsil ocağında təhsildən daha çox, siyasətə üstünlük verilir. Kollecdəki tələblərdən birinin yazdığı məktubda bildirilirdi ki, kollecdə keçirilən bir çox dərslərdə bəzi müəllimlər fənnə uyğun olmayan, dərsdənkənar, hətta siyasi mövzularda söhbət edirlər, tələbələri bu mövzularda bilgiləndirirlər.

Eyni zamanda, Orxan Şəbiyevin tələbələrdən müxtəlif adlar altında pul yığması da verilən məlumatlar sırasındaydı. Hətta imtahan və zaçot üçün onlardan hər smester üçün 100 manat alındığı da vurğulanırdı.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.
Bolgexeber.com