BolgeXeber.Com » Bölgə » Tərtərdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Tərtərdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
11-12-2023, 11:50
Oxunub: 3 584
Bolgə.TV xəbər verir ki, Tərtərdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində 12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Tərtər-Bərdə avtomobil yolunun kənarında və digər ərazilərdə ağacəkmə aksiyası keşirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları, YAP rayon təşkilatının könüllüləri, İƏD üzrə nümayəndələr, şəhər sakinləri iştirak ediblər.
Ağacəkmə aksiyasında iştirak edən rayon rəhbəri bildirib ki, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Aksiya çərçivəsində 200 ədəd eldar şamı, 2000-dən çox müxtəlif növ meyvə ağacları əkilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər