BolgeXeber.Com » Bölgə » Siyəzəndəki özbaşnalığın arxasında kim dayanır? – RƏZALƏT

Siyəzəndəki özbaşnalığın arxasında kim dayanır? – RƏZALƏT

15-11-2013, 16:15
Oxunub: 3 981 İcra başçısı Arif Qasımov rayonda tikinti quruculuq işlərini yerli məmurların hesabına aparır
“Siyəzən rayonunda son aylar sürətli tikinti-quruculuq işləri aparılır. Rayondakı köhnə tikililərin demək olarki hamısı ya sökülüb yenidən tikilir, ya da əsaslı təmir olunur. Əlbəttə ki, bütün bunlar olduqca müsbət addımlardır. Ancaq nə yazıq ki, bütün bu tikinti-quruculuq işləri sonda nəticə etibarilə sadə və kasıb siyəzənlilərinin hesabına başa gəlir”.
Gunxeber.com xəbər verir ki, rayondakı tikinti-quruculuq işləri birbaşa ölkə rəhbərliyinin göstərişi və dövlət büdcəsindən bu məqsədlə ayrılmış konkret vəsait hesabına aparılmalı olsa da, Siyəzəndə hər şey tərsinə baş verir: “Dövlət büdcəsindən rayondakı tikinti-quruculuq işlərinə ayrılan vəsaitin hara xərcləndiyindən xəbərsizik. Ancaq fakt odur ki, Siyəzənin icra başçısı Arif Qasımov bu işləri yerli məmurların, idarə, müəsssisə rəhbərlərinin hesabına həyata keçirir. İcra başçısı ayrı-ayrı obyektləri tikintisini, kəndarası yolların çəkilişini qrup şəklində yerli məmurlara tapşırıb. Onlar isə nə yolla olur olsun icra başçısının verdiyi göstərişi icra etməyə çalışırlar. Bu prosesdə isə hər idarə, müəssisə rəhbəri tabeliyində çalışan və onsuzda maaşları cüzi olan əməkdaşların məvacibindən 30 faizə qədərini tutur”.
Mənbə qeyd edir ki, bundan başqa rayonun ayr-ayrı yerli strukturlarında- DSMF, ƏƏSMN, DYP, Təhsil şöbəsi, rayon mərkəzi xəstəxanasında əhalidən alınan rüşvətin miqyası da ciddi şəkildə böyüyüb: “Buna etiraz edəndə isə, məmurlar “icra başçısı filan obyektin tikintisi mənə tapşırıb. Bəs mən necə edim, bu qədər pulu haradan gətirim?” deyə öz əməllərinə haqq qazandırırlar. Nəticə etibariylə isə, dediyimiz kimi yenə zərbə kasıb siyəzənlilərə dəyir və onların onsuzda ağır olan həyat tərzi daha da çətinləşir”.
Qeyd edək ki, ünvanına səslənən ittihamlara Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun da mövqeyini öyrənmək istəyərdik. Bu mənada arzu edərlərsə, onların mövqeyini dərc etməyə hazırıq…
Bolgexeber.com