BolgeXeber.Com » Bölgə » Bərdədə 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi yad olunub
Bərdədə 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi yad olunub
20-01-2024, 14:50
Oxunub: 5 328
Bolgə.TV xəbər verir ki, Bərdədə 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi yad olunmuşdur.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, aparatın məsul əməkdaşları, YAP rayon təşkilatı, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat, ictimai birlik rəhbərləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri ilə birlikdə Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar öncə Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Bərdə rayonuna atdığı Smerç tipli raketlər nəticəsində şəhid olmuş dinc Bərdə sakinlərinin xatirəsinə salınmış guşə önünə qərənfillər düzərək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi ehtiramla anılmışdır. Sonra Vətən uğrunda canından keçmiş şəhidlərin uyuduğu “Şəhidlər xiyabanı” ziyarət olunmuş, onların məzarları üzərinə tər qərənfillər düzülmüşdür.
Saat 12:00-da rayonun “Şəhidlər xiyabanı” nda şəhidlərin ruhu bir dəqiqəlik xatirə sükutu ilə yad edilmişdir.
Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər