BolgeXeber.Com » Bölgə » İcra başçısı şəhid Əhmədzadə Məftunun atası Seymur Əhmədovu 55 illik yubileyi münasibəti ilə təbrik edib

İcra başçısı şəhid Əhmədzadə Məftunun atası Seymur Əhmədovu 55 illik yubileyi münasibəti ilə təbrik edib

25-01-2024, 15:28
Oxunub: 3 704

Bolgə.TV xəbər verir ki, İcra başçısı şəhid  Əhmədzadə Məftunun atası  Seymur Əhmədovu 55 illik yubileyi münasibəti ilə təbrik edib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Tərtər rayonunun Evoğlu kəndindən olan şəhid  Əhmədzadə Məftunun atası  Seymur Əhmədovu 55 illik yubileyi münasibəti ilə təbrik edib, ona səmimi arzularını çatdırıblar. İcra başçısı bütün şəhid valideynlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıblar.

Qeyd edək ki, Əhmədzadə Məftun Seymur oğlu 2 fevral 1996-cı il tarixdə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. 2014-cü ildə Evoğlu kənd tam orta məktəbini bitirib. Elə həmin ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 


Ordudan tərxis edildikdən sonra bir müddət “İctimai dəstəkli polis” layihəsinin iştirakçısı kimi fəaliyyət göstərib, sonra yenidən öz kəndlərində əkin-biçin işlərilə məşğul olmağa başlayıb. Nəhayət, 2021-ci ilin noyabr ayında anasına bildirib ki, müddətdən artıq hərbi qulluqçu kimi orduda xidmət etmək istəyir. Anasının xeyir-duasını alaraq, “Komando” dəstəsinə yazılıb. Şəmkirdə xidmət edib. Hadisədən bir ay əvvəl öz istəyi ilə ən çətin əraziyə–Laçın rayonuna dəyişdirilib. 


Məftun Əhmədzadə 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatlar nəticəsində şəhid olub. Sentyabrın 16-da qəhrəmanımız böyük izdihamla doğulduğu Evoğlu kəndinin qəbiristanlığında torpağa tapşırılıb. 


Subay idi. Ailədə üç uşaq olublar, bir qardaş, iki bacı.


Şəhid atası bütün şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.