BolgeXeber.Com » Bölgə » İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında növbəti şura iclası keçirilib

İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında növbəti şura iclası keçirilib

29-01-2024, 17:37
Oxunub: 4 776

Bolgə.TV xəbər verir ki, İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında növbəti şura iclası keçirilib


İclasda şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.


Şura iclasını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq iştirakçıları gündəlikdə duran məsələlər ilə tanış edib, bildirib ki, gündəlikdə 1 məsələ durur: 1. Tərtər rayonunun 2024-cü il üçün yerli gəlirlərinin, yerli gəlir və xərclərini tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən (büdcələrarası) ayrılan vəsaitin məbləğinin rayon icra hakimiyyətinin başçısı ilə razılaşdırılması haqqında.


Sonra rayon rəhbəri çıxış edərək bildirmişdir ki, 2023-cü ildə büdcədən maliyyələşən müəssisələrin və büdcə vəsaiti hesabına yardımların verilməsi işləri daima yoxlanılmış və düzgün icra edilmişdir.

 

İcra başçısı qeyd etmişdir ki, rayonun 2024-cü il ümumi gəliri 11210000,00 manat, o cümlədən yerli gəlirləri 7006000,00 manat və yerli xərcləri 7006000,00 manat məbləğində müəyyən edilmişdir. 


Şəhər, qəsəbə və kəndlər üzrə nümayəndəliklərə yerli gəlir və xərclərini tənzimləmək üçün rayonun yerli gəlirlərindən ayrılan vəsaitin rüblük bölgüsü müəyyənləşdirilmişdir. 


Rayon rəhbəri tərəfindən bələdiyyə sədrlərinə vətəndaşların vergi borclarının və icarə haqqlarının vaxtında ödənilməsinə nəzarət etmələrini tövsiyə etmişdir.


Müzakirə edilən məsələ barədə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov və Tərtər rayonu üzrə Maliyyə şöbəsinin rəisi Əli Əlizadə çıxış ediblər.


Şura iclasında müvafiq qərar qəbul edilib, rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.