BolgeXeber.Com » Bölgə » Xankəndidə silah və sursatlar tapılıb

Xankəndidə silah və sursatlar tapılıb

20-02-2024, 10:11
Oxunub: 3 688
Ötən gün Xankəndi şəhəri ərazisində 13 silah aşkarlanıb.

Bolgə.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, fevralın 19-da 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 9 ədəd qumbara, 17 alışdırıcı, 54 ədəd patron darağı, 1575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.