BolgeXeber.Com » Bölgə » Hacıqabul DSMF-nin müdiri Səlim Müslümovun qəzəbinə tuş gəlib

Hacıqabul DSMF-nin müdiri Səlim Müslümovun qəzəbinə tuş gəlib

23-11-2013, 15:35
Oxunub: 9 753 Səlim Müslümov Füzuli Ələkbərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nazir təyin olunsa da Dövlət Sosial Müdafiə Fondu hələ də fəlaiyyət göstərir. Ölkə prezidenti İlham Əliyevin hökumətin yeni tərkibində dəyişikliklər edilən sahələrdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir ki, Səlim Müslümovun nazir təyinatından sonra bu sahədə də mövcud olan problemlərin aradan qaldırılacağı gözlənilir.

Amma deyəsən bunun Dövlət Sosial Müdafiə Fonduna aidiyyatı yoxdu. Çünki DSMF-nun nazirliyin balansında olmaması və Səlim Müslümovun keçmiş vəzifəsinə kiminsə təyin edilməməsi DSMF-nun bəzi rayonlarda mövcud olan idarələrində özbaşınalıq və dərəbəyliyi artırıb. Bunun da səbəbi idarə rəhbərlərinin sabah DSMF-na yeni təyin olunacaq şəxsin bunlarla işləyib-işləməməsi ilə bağlıdır.


Qnunzuzluğun tüğyan etdiyi belə şöbələrdən biri də Hacıqabul rayon Sosial Müdafiə Fondudur. Hacıqabul DSMF-nin sədri Hacıağa Qasımov bu gün rayonda açıq bazar yaradıb.Bir qrup rayon sakinin redaksiyamıza verdiyi məluma görə mərkəzdə vətəndaşlara arayışların verilməsi bilərəkdən geçikdirilir,pensiya sahiblərinə məxsus kartlar şöbədə saxlanılır.Təbii ki, bütün baş verən süründürməçiliklərin,qanunsuzluqların əsas səbəbi rüşvətdir.Rüşvər verməyən vətəndaşa lazımi sənədlər müxtəlif bənahələrlə verilmir.DSMF-nun sədrinin saxta stajlar yazdığı da bu sızdırılan xəbərlər içərisindədir. Şikayətçilərin bildirdiyinə görə DSMF sədri deyir ki, Səlim Müslümov Dövlət Sosial Müdafiə Fondundan getsə də onu vəzifəyə o təyin edib deyə, o da çıxara bilər və bu səbəbdən Hacıağa Qasımov Sosial Müdafiə Fondunda istədiyini edir, cəzalanacağını düşünmür.

Bildirilir ki,qanunsuzluqlarda ona,yaxın qohumu olan Haçıqabul icra başçısının müavini Fikrət Qasımov yaxından dəstək olur. Onların bir çox qanunsuz işlərdə əlbir olması iddia olunur.Xatırladaq ki, Fikrət Qasımov Haçıqabulun keçmiş icra başçısı,vəzifədə olarkən rayonda yığdığı pullar hesabına hal-hazırda özünə böyük biznes quran l Ağababa Qasımovun oğludur.Deyilənə görə Fikrət Qasımov özü Hacıqabul rayon icra başçısı olmaq iddiasındadır.Mənbə bildirir ki, icra başçısı olacağı təqdirdə Hacıqabul DSMF-nin sədri olan qohumu Hacıağa Qasımovu özünə müavin təyin etməyi düşünür. Bolgexeber.com bildirir ki, Hacıqabul DSMF-nin sədri Hacıağa Qasımov haqda mətbuatda tənqidi yazılar dərc olunandan Hacıqabul rayonunun icra başçısı Əhməd Muxtarov və yeni təyin olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov tərəfindən danlanılıb və ona deyilib ki, rayondan onlara şikayət gəlməsin. Bundan başqa Hacıağa Qasımova xəbərdarlıq edilib ki, onların adları bir də bu kimi məsələr ilə bağlı mətbuatda hallanmasın ,əks halda o vəzifədən getməyi barədə ərizə yazmalı olacaq.Mənbənin bildirdiyinə görə bu xəbərdarlıqdan sonra Hacıağa Qasımov başını tamam itirib.
Xəbərdə səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com