Ağdaşda icra başçısına qarşı narazıçılıq artır
26-11-2013, 17:50
Oxunub: 4 219
Hələ keçən il Ağdaş rayon icra hakimiyyətinin başçısı təyin olunmasına baxmayaraq, artıq sözügedən rayonda icra başçısı Tofiq İbrahimovun kifayət qədər narazı sala bildiyi dairələr var.
Məlumdur ki, hər bir rayonda köklü nəsillər var və Ağdaş rayonu da belələrindəndir. Bu barədə dia.az-a danışan mənbə bildirir ki, əvvəlki icra başçısı Rafiq Niftəliyev hansı dərəcədə problemlər yaratsa da, rayondakı köklü nəsillərlə münasibətini qoruyur, onlarla ehtiyatlı davranırdı:
«Amma R.Niftəliyevdən fərqli olaraq Tofiq İbrahimov bu kimi dəyərləri nəzərə almır. İcra başçısı hələ də başa düşmür ki, Ağdaş böyük nəsillərin yurdudur, burada ağır seyidlər var və onlarla ehtiyatlı davranmalıdır.
Biz demirik ki, həmin nəsillərə icra başçısı haqq verməlidir. Amma ən azından həmin nəsillərin haqqını yeməməlidir».
Mənbənin sözlərinə görə, artıq bir neçə iri nəslin ağsaqqalı ilə problem yaşayan Tofiq İbrahimova keçən şənbə günü xəbərdarlıq da edilib: «İcra başçısına ağsaqqallar adından xəbərdarlıq edildi ki, özünü yığışdırsın. Çünki başçı bu günlərdə Şordəhnə kəndində görüşdə olarkən həmin ağsaqqallarla bağlı təhqiramiz ifadə işlədib. Bu məsələ artıq böyüyüb. Vuə əgər başçı ağsaqqallardan üzr istəməsə, ona qarşı rayon sakinləri öz sözlərini deyəcəklər».
Daha sonra sakinlər redaksiyamıza bildiriblər ki, başçıyə həftə sonuna qədər vaxt verilib.
Bildirək ki, məsələ ilə əlaqədar bu gün gün ərzində Ağdaş rayon icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, kimsə bu mövzuda danışmaq istəmədi. Amma buna rəğmən yenə də qarşı tərəfi dinləməyə hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər