BolgeXeber.Com » Bölgə » Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

4-04-2024, 13:27
Oxunub: 1 536
Bolgə.TV xəbər verir ki, Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər-Hindarx avtomobil yolunun Qaraağacı kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və  Təbii Sərvətlər İdarəsinin, 9 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin əməkdaşları, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, İƏD üzrə nümayəndələr, bələdiyyələr, konüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 1000 ədəd eldar şamı əkilıib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.