BolgeXeber.Com » Bölgə » Yevlaxda başçının müavini polisləri döyüb, birinin dişini sındırdı

Yevlaxda başçının müavini polisləri döyüb, birinin dişini sındırdı

30-11-2013, 14:35
Oxunub: 3 728 Məmur övladının qudurğanlığı Yevlaxı bir-birinə vurub

Yaşıllaşdırma İdarəsinin müdiri Etibar Əliyevin 18 yaşlı oğlu əzib120 minlik «Land Cruiser» markalı 10 bc 111 dövlət nişanlı maşını ilə rayon mərkəzində sürətlə sürərək əhalini həyatını təhlükədə qoyub, bundan başqa iki maşını əzib; polislərə tabe olmayan məmur oğlu DYP işçilərini Elmar Vəliyevin adı ilə hədələyib; Başçının müavini ilə polis arasındakı qalmaqala Prezident Adminstarasiyasından müdaxilə ediblər...

Dünən axşam saatlarında Yevlax rayonunda görünməmiş rəzalət baş verib. Yevlax rayon İcra Hakimiyyəti başçının müavini, Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Namiq Süleymanov Dövlət Yol Polisinin əməkdaşlarını küçəninin ortasında, rayon sakinlərinin gözü qarşısında döyüb, hətta polis əməkdaşlarından birinin dişini sındırıb.

Yevlaxda baş vermiş biabırçı hadisə ilə bağlı pia.az-ı məlumatlandıran mənbə bildirir ki, dünən Yevlax rayon Yaşıllaşdırma İdarəsinin müdiri Etibar Əliyevin 18 yaşlı oğlu «Land Cruiser» markalı 10 bc 111 dövlət nişanlı maşını ilə rayon mərkəzində sürətlə sürərək əhalini həyatını təhlükədə qoyub, bundan başqa iki maşını əzib. Polislərin onu durdurmğa çalışmasına baxmayaraq 18 1aşlı məmur övladı atasının ona aldığı 120 minlik maşını saxlamaqdan imtina edib. Uzun qovalamadadan sonra nəhayət ki polislər maşını saxlamağa nail ola biliblər. Əsil həngamədə bundan sonra başlayıb.

Mənbə bildirir ki, maşını saxlandıqdan məmur övladı polisləri söyməyə və hətta Yevlax rayon polis şöbəsinin rəisi haqqında ağır kəlmələr işlətməkdən belə çəkinməyib. Yeniyetmə məmur övladı bağıra-bağıra bildirib ki, Yevlax rayonu Elmar Vəliyevə aiddir və onlarda Elmar Vəliyevin adamlarıdı. Ona görə heç kim, hətta polis rəisi onlara heç nə deyə bilməz. Polislər yeniyetməni polis idarəsinə aparmağa cəhd ediblər və bu zaman yoldan keçən Yevlax rayon İcra hakimiyyəti başçısının müavini Namiq Süleymanov hadisəni görüb və Yaşıllaşdırma İdarəsinin müdiri Etibar Əliyevin oğlunu tanıyaraq mübahisəyə müdaxilə edib.

Mənbəninin sözlərinə görə maşından düşüb polislərə hücum edən başçı müavini asayişi kobud şəkildə pozan yeniyetməni buraxmağı əmr edib. Hadisə yerinə toplaşan onlarla insanın gözü qarşısında Namiq Süleymanov polisləri döyməyə başlayıb. Hündür boylu, cüssəli başçı müavini hətta yumruqla polislərin birinin dişini də sındırıb. Namiq Süleymanov da eynən hadisəni törədən yeniyetmə kimi Gəncə şəhər icra başçısı Elmar Vəliyevin adını hallandırıb və bu rayonda onların bir sözünü heç kimin iki eləyə bilməyəcəyini bağırıb.

Bildirilir ki, bundan sonra polslər məcbur olub polis rəisinə kömək üçün müraciət ediblər. Polis rəisi isə hadisə yerinə əlavə polis dəstəsi göndərilib. İcra başçısının müavini və hadisəni törədən 18 yaşlı məmur övladı polis idarəsinə aparılıb. Polis idarəsinə ararıldıqdan sonra isə Namiq Süleymanov Prezident Adminstrasiyası ilə əlaqə saxlayıb. PA-dan gələn tapşırıq əsasında Namiq Süleymanov həmən polis idarəsini tərk edib. Hadisəninin səbəkarı olan Yevlax rayon Yaşıllaşdırma İdarəsinin müdiri Etibar Əliyevin 18 yaşlı oğlu isə 6 saat polis idarəsində saxlandıqdan sonra sərbəst buraxılıb. Onun haqqında cinayəi işinin açılıb-açılmayacağı barədə isə heç nəbəlli deyil.

Qeyd edək ki, prezident İlham Əliyev dəfələrlə məmurlara övladlarının qudurğanlıqları ilə bağlı xəbərdarlıq edib.

Qarşı tərəfin möqeyini dərc etməyə hazırıq…
Bolgexeber.com