BolgeXeber.Com » Bölgə » Tərtərdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

Tərtərdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

21-05-2024, 14:31
Oxunub: 3 256
Bolgə.TV xəbər verir ki, Mayın 21-də Tərtər Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyətinin və FHN-nin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin birgə təşkilatçılığı ilə meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın genişləndirilməsi mövzusunda tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov,  FHN-nin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Aqil Mustafayev, idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və fermerlər iştirak edib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov biçilmiş taxıl zəmilərinin, o cümlədən həmin sahələrin yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən hissələrinin şumlanması, habelə meşə yanğınlarına qarşı mineral zolaqların çəkilməsi, məişət və sənaye tullantılarının həmin ərazilərə atılmaması barədə əhali arasında, ilk növbədə fermerlər və torpaq mülkiyyətçiləri ilə geniş izahat işlərinin aparılmasını qeyd etdib, bu istiqamətdə qarşıda duran vacib məsələlərdən danışıb. Bilərəkdən yanğın hadisəsi törədərək təbiətə və torpağın münbit qatına ziyan vuran şəxslərin müəyyən edilərək barələrində inzibati qaydada tədbirlərin görüləcəyini bildirib. 
Sonra FHN-nin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Aqil Mustafayev, Tərtər rayon DYMH-nin rəisi polkovniki Mübariz Əliyev, ARAN RDYNİ-nin böyük inspektoru Sadiq Bəbişov, Tərtər rayon Aqrolizinq ASC-nin nümayəndəsi Vəfa Mustafayev, Dövlət Aqrar İnkşaf Mərkəzinin direktoru Mehman Babayev mövzu ətrafında çıxış ediblər.
Qarşılıqlı diskusiya şəkilində keçirilən tədbirdə iştirakçılarn sualları cavablandırılıb.