COP - yəni Tərəflərin konfransı 1995 -ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT -nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. Hazırda COP -da 198 ölkə təmsil olunur. Hər il keçirilən konfransın sonuncusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutmuşdu.
COP 28 adlandırılan Dubay konfransında 100 - minə yaxın nümayəndə heyyəti 195 ölkəni təmsil edərək növbəti Konfransın COP 29 adlandırılaraq Bakı şəhərində keçirilməsinə qərar vermişdilər.
Tədbirin məqsədinə baxdıqda Paris sazişinin tələbi olan dünyada karbon qazının miqdarını sənayeləşmədən əvvəlki dövrdə mövcud olan 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üçün irəlləyişə nail olmaqdır.
Prezident İlham Əliyev çıxışında deyib ki, "ehtimallara görə, təqribən 70 - 80 min
xarici qonaq iki həftə ərzində Azərbaycanda olacaq. Hesab edirəm ki, COP 29 dünyada
ən mötəbər tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi - nəzərindən BMT Baş
Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədərdə çox deyil, 11 aydan az vaxtımız var".
Prezidentimiz çıxışında onuda qeyd edib ki, Azərbaycanın keçirdiyi ən böyük tədbir Avropa Oyunları olub ki, o zaman 5 min idmançı və onları müşayət edən təxmini 3 min qonaq ölkəmizə gəlib. COP 29- da isə on minlərlə xarici qonağın ölkəyə gələcəyi vurğulanıb.
COP 29 olaraq adlandırılan konfrans 2024 - cü ilin 11 - 24 Noyabr tarixində Bakı
Olimpiya stadionunda keçiriləcək.
Tədbirin rəhbəri Prezident İlham Əliyevin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər
naziri Muxtar Babayev təyin edilib.
Dahi rəhbərimiz sayəsində Azərbaycan bu və ya bunun kimi çoxsaylı tədbirlərə ev
sahibliyi edərək dünyanın döyünən nəbzini ölkəmizə çəkmişdir. Ekoloji problemlərin
həll edilməsi, təbiətin mühafizəsi və ətraf mühit daim Azərbaycanda prioritet məsələlərdən olmuşdur. Prezident İlham Əliyevin sərəncamı ilə 2010 - cu il "Ekologiya" ili 2024 - cü il isə "Yaşıl dünya naminə həmrəylik" ili elan edilmişdi. 2021 - ci il 2 fevral Sərəncamı ilə bərpa olunan enerji istehsalı siyasətinin strateji təməli qoyulmuşdur. Bununla yanaşı işğaldan azad edilmiş ərazilər "Yaşıl enerji" zonası elan edilib və 2022 - 2026 - cı illər üzrə tədbirlər planı təsdiqlənib. Sözü gedən ərazilərin 2050 ci ilədək "Netto syeremissiya" zonasına çevrilməsi nəzərdə tutulur.
Tarixi COP 29 görüşü ilə Dünyanın diqqətini özünə çəkən Ölkəmiz Azərbaycan həqiqətlərinin və uğurlarının dünyaya çatdırılmasında böyük missiyanı reallaşdırmış olacaq.
Polad Əhmədli - Bərdə rayon G.Qarayev adına Mustafaağalı kənd tam orta məktəbin tarix müəllimi