BolgeXeber.Com » Bölgə » Sumqayıtın mərkəzi küçəsindəki bu yerə bəs niyə daş döşənməyib?-FOTOFAKT-VİDEO

Sumqayıtın mərkəzi küçəsindəki bu yerə bəs niyə daş döşənməyib?-FOTOFAKT-VİDEO

3-12-2013, 10:35
Oxunub: 4 938 Bolgexeber.com bildirir ki,Sumqayıtın bir sıra küçələrində yol kənarlarına və səkilərə daş döşənsə də bu proses hələ də davam edir.Hətta keçən il döşənən daş örtükləri artıq yavaş-yavaş sırdan çıxmağa başlayıb ki,bu da işlərin çox keyfiyyətsiz görülməsindən xəbər verir.Ancaq bugünükü söhbət heç bundan deyil.Bildiyimiz kimi Sumqayıtda küçələrin abadlaşmasına dövlət büdcəsindən 5 milyondan çox pul ayrılıb.Ancaq reallıq odur ki,bu qədər vəsaitin müqabilində çox az iş görülüb.

Ən dəhşətlisi isə odur ki,abadlıq işləri heç də Sumqayıt icra hakimiyyətinin bildirdiyi kimi təkcə dövlət vəsaiti hesabına görülmür. Mətbuadtda yüzlərlə dəfə yazılıb ki,Sumqayıtın icra başçısı Eldar Əzizov şəhərin abadlıq-quruculuq işlərində qeyri-qanuni olaraq sahibkarların büdcəsindən yararlanır. Küçələrə daş döşənməsi də çox zaman elə sahibkarların üzərinə qoyulur. Bu iş üçün obyektlərinin sahəsindən asılı olaraq onlardan 1000-20000 min manat civarında pul tələb olunur. Hər kvadrat metr daş döşənməsi üçün isə 100 manat pul tələb edilir. Halbuki bu işin rael qiyməti 20-30 manatdır.

Daş örtüklərinin heç də dövlət vəsaiti hesabına döşənməməsinə sübut kimi şəhərin mərkəzi küçələrindən birində -Nərimanov küçəsində, 45-ci məhəllənin 48/2 binasının yola baxan hissəninin ətrafdakı bütün ərazilərdən fərqli olaraq daş yox ,adi asfalt örtüklə döşənməsini göstərmək olar.Təqdim etdiyimiz fotolara və videoya diqqətlə baxanda qabarıq şəkildə görmək olur ki,bu yaşayış binasının küçəyə baxan yalnız bir obyekt var ki,o da 2 saylı Uşaq Poliklinikasıdır.Ətrafda bir hissədən başqa yol boyunca qalan bütün yerin daşla örtülməsi əməkdaşımızın nəzərindən qaçmayıb.Sual olunur bəs niyə yol kənarının məhz bu hissəsi daşla örtülməyib?!İş orasındadır ki,əraziyə diqqətlə baxanda aşkar etmək olur ki,həmin yerlərdə özəl obyektlər var,yəni sahibkarlar fəaliyyət göstərir.

Elə çox güman ki,məhz bu səbəbdən-binadan yaşayan sakinlərdən pul almaq mümkün olmadığından və dövlət müəissəsindən isə pul qopartmaq qəliz olduğundan icra hakimiyyətindəki məmurlar fikirləşiblər ki, pul verilməyən yerə müasirlikdən uzaq olaraq sadəcə asfalt döşəsinlər ki, ciblərindən az pul çıxsın. Bəlkə də mən yanılıram,ancaq bunu məntiq deyir.Çünki başqa vaxtı şəhərin estetikasından,müasir standartlardan dəm vuran Eldar Əzizovun bu addımını başqa cür yozmaq olmur.Necə deyərlər vəsait də bəs edir,daş da... Bu cür “qənaət” isə kənardan çox eybəcər görsənir.

Binanın altında fəaliyyət göstərən sahibkarlardan biri əməkdaşımıza bildirdi ki,həqiqətən ondan və digər sahibkarlardan obyektin böyüklüyünə və gəlirinə uyğun olaraq yola döşənən daşlar üçün 2000-10000 pul alınıb.Sahibkarın dediyinə görə tələb olunan məbləği verməmək mümkün deyil,çünki əks halda vergi orqanları,başqa instansiyalarla hədə-qorxu gəlinir,şantaj edilir, dükan bir bəhanə ilə bağlatdırıla bilir.Bu baxımdan icra hakimiyyəti şəhərin şəxsi obyekt olmayan yerlərdə məcbur olub pulsuz abadlıq işləri aparırlar.Bu məsələdən bir daha o qənaətə gəlmək olur ki, bizdə məmurlar dövlət büdcəsini öz ciblərinin pulu bilirlər...
Köhnə Sumqayıtlı
Bolgexeber.com