BolgeXeber.Com » Bölgə » Qazax Mərkəzi xəstəxanası ilə bağlı şok iddia

Qazax Mərkəzi xəstəxanası ilə bağlı şok iddia

3-12-2013, 11:35
Oxunub: 3 571 Qazax mərkəzi rayon xəstəxanası 5 aydir sökülməsinə baxmayaraq, yeni binanin tikilməsi hələ də ləngiyib. Bu müddətdə isə xəstəxananın həyətində olan 50-yə yaxın yaşıl şam ağacını kəsməklə işci qrup vəzifəsini bitmiş hesab edib.

Köhnə xəstəxananin yerində isə, rayon səhiyyə idarəsinin nəzdində yerləşən uşaq xəsətəxanası, diş poliklinikasi, doğum evi şöbə kimi fəaliyyət göstərəcəklər.

Lakin rayon mərkəzi xəstəxanası söküldüyü gündən xəstələr Rayon Diaqnostika Mərkəzində müalicə alırlar. Ancaq mərkəz xəstələrin qəbulu üçün yetərli deyil və sıxlığın yaranmasına səbəb olur. Belə olan halda, bəzi xəstələr evlərində müalicə almalı olurlar.

Qeyd edək ki, xəstəxananin həkim kollektivi də bu vəziyyətdə müxtəlif şöbələrdə işləməli olublar .

Qazax səhiyyə idarəsində adının acıqlanmasını istəməyən tibb personallarından biri ans press-ə maraqlı məlumat verib. Onun sözlərinə görə, xəstəxana binası hələ sökülməmişdən bir ay əvvəl 60 min manata bir sahibkara satılıbmış. Bu səbəbdən də rayon rəhbərliyinin yaratdiği işci qrup tərəfindən 1 ay müddətində yavaş- yavaş sökülüb və söküntüdən çıxan materiallar isə Qazax və Ağstafa sakinlərinə satilib.

Hələ bu ilin ilk ayında yeni xəstəxananin tikilməsi haqda sənəd təsdiq olunsa da, yaz aylarında hazırda sökülən xəstəxanaya külli miqdarda vəsait ayrılaraq, yeni istilik sistemi və əsaslı təmir işləri aparilmışdı. Baxmayaraq ki, xəstəxana həmin təmir işlərindən bir necə ay sonra yerlə-yeksan olunacaqdı.

Xəstəxananin baş həkimi Arzu Novruzov isə, məsələ ilə bağlı hec bir fikir bildirmək istəmədi.
Bolgexeber.com