BolgeXeber.Com » Bölgə » Qarabağ Bəyannaməsindən irəli gələn reallıqlar!

Qarabağ Bəyannaməsindən irəli gələn reallıqlar!

9-07-2024, 16:22
Oxunub: 6 872
Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır.
Qarabağ Bəyannaməsi, Tarixi Şuşa bəyannaməsinin davamı olaraq Şuşada Türk Dövlətləri Təşkilatı rəhbərlərinin siyasi birliyini ifadə edən tarixi sənəddir!
1991-ci ildə Ermənistan Respublikası, Azərbaycan Respublikasına elan edilməmiş müharibə başlamış, müharibənin gedişində Naxçıvan Muxtar Respublikasına Ermənistan hərbi-birləşmələri tərəfindən olunan bütün hücumların qarşısının alınmasında Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası ilə quru yolla sərhədlərin bağlı olmasından irəli gələn bütün çətinlikləri, nəzərə alaraq Türkiyə Respublikası Qars müqaviləsinə əsasən üzərinə düşən bütün öhdəliklərə əməl etmiş, Naxçıvan Muxtar Respublikasında yaranan, siyasi, iqtisadi, hərbi təhdidlər aradan qaldırılmış, Ermənistan silahlı birləşmələrinin Naxçıvan Muxtar Respublikasının ərazilərinə olan hücumlarının qarşısı siyasi müstəvidə alınmışdır, Qars müqaviləsinin tarixi əhəmiyyəti dövrümüz üçün olduqca böyükdür, Qars müqaviləsini rəhbər tutaraq Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında bir sıra beynəlxalq hüquqa əsaslanaraq bəyannamə və hüquqi aktlar imzalanıb.
Türk Dövlətləri Təşkilatının dövlət başçıları Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik kökləri, tarixi, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu hesab edərək, Türk xalqlarının qitə miqyasında töhfələrini, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolunu ən yüksək dəyərini vurğulayaraq, bir sıra qlobal və iqtisadi, humanitar məsəllərin həlli üçün öz fikirlərini ifadə etdilər!
Qarabağ Bəyannaməsi, TDT-nin Azərabaycan Respublikasının işğaldan azad olunan ərazilərində iqtisadi-siyasi və bir sıra humanitar aksiyaların həyata keçirilməsini tövsiyə edir, xüsusəndə Cənubi Qafqazda Nəqliyyat dəhlizinin yaranması, 30 il ərzində Ermənistan Respublikasının işğal zonasına çevrilən ərazilərdə sülhün təmin edilməsindən bəhs olunur, TDT-nin dövlət başçılarının Şuşa şəhərinə gəlişi təsadüfü deyil, tarixi Türk torpağı olan ərazilərin işğaldan azad olunması, Türk dünyası üçün açılan yeni bir dövrdü, bu dövr Sülh dövrüdür, dünyaya sülh dövrünün başlanması mesajı Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən verilib, Azərbaycan Respublikasının siyasi iradəsi yeni dövr üçün Sülh dövrüdür!
Azərbaycan Respublikası regionun müharibədən əziyyət çəkən dövlətidir, elan edilməmiş müharibə Azərbaycan Respublikasına siyasi-iqtisadi, maddi-mənəvi zərərlər vurdu, Respublika ərazisinin 20% -i işğal olundu bir milyondan çox mülki insan ev-eşiyidən, doğma kəndindən didərgin düşdü, bu bir tarixi faktdır, iqtisadi zərərlər zamanla ödəniləcək, insan faktoruna qarşı dəyən mənəvi zərər, flora və faunaya qarşı keçirilən terrorun zərəri əsla heç bir zaman ödənilmir, ata-baba məzarlıqlarının sökülüb viran olunması, tarixi məscidlərin xarabalığa çevrilməsi, murdar heyvanların məscidlərdə saxlanması, Ermənistan dövlətinin siyasi rəhbərliyinin barbarlığından və niyyətindən xəbər verir.
Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsi başa çatan gündən bu günədək gördüyü işlər, regionda sülh naminə görülən işlərdir. Dağıdılmış kəndlər, rayon mərkəzləri mina və partladılmamış döyüş sursatlarından təmizlənib, kəndlərdə yaşayış evləri tikilib, yeni parklar salınıb, iş yerləri , zavod-fabrik və böyük əkinçilik təsərrüfat subyektləri yaradılıb, irimiqyaslı nəqliyyat yollarının tikintisi aparılır, Dəmir yol xətləri çəkilir, İran İslam Respublikası ilə işğaldan azad olunan sərhəd ərazilərdə yeni nəqliyyat qovşaqları yaradılır, Araz çayı üzərində yeni təməli qoyulan körpü, tək Azərbaycan və İran İslam Respubilkası üçün deyil, Beynəlxalq Nəqliyyat dəhlizi üçün yeni bir yoldur.
Ermənistan hökümətinin ekoloji terroru saymaqla bitmir, Azərbaycan ərazisində olan təbii sərvətləri qanunsuz istismar edib, çay yataqlarının su axın istiqamətlərini dəyişməklə böyük fəlakətlərə yol açan, Sərsəng su anbarının qurudulmasını həyata keçirib, Sərsəng su anbarı və Suqovuşan su anbarlarından suvarılan əkin sahələrini 30 il suvarmadan məhrum etmiş, Azərbaycan təbiətinin flora və faunasına ekoloqları ciddi narahat edəcək səviyyədə zərər vurmuşdur.
Azərbaycan ərazilərinin işğaldan qeyri-şərtsiz azad olunması haqda BMT TŞ-nın 822,853,874,884-saylı qətnamələri Ermənistan Respublikası tərəfindən icra edilməyib, işğal zonasını genişləndirmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozublar, Azərbaycan əsgəri bəhs olunan qətnamənin icrasını öz üzərinə götürərək, Ermənistan hərbçilərinin işğalına son qoymaq məqsədi ilə 27 sentyabr 2020-ci il tarixdə əks həmlə ilə hərbi əməliyyata başlayıb, 30- ilik işğala son qoyub.
Cənubi Qafqazda yaxın gələcəkdə dayanıqlı sülh sazişinin imzalanması üçün bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təxirə salınmaz görüşlər keçirilib. Yaxın zamanda sülh sazişinin imzalanması üçün dövlət sərhədlərinin müəyyənləşdirilməsi aparılıb. 12 dekabr 1991-ci il Alma-Ata bəyənnaməsi və BMT-nın beynəlxalq sərhədlərin tanınması səviyyəsində, delimitasiya və demarkasiya işlərinin aparılması, sərhəd xətlərinin çəkilməsi, sərhəd dirəklərinin basdırılması, son 4 kəndin , silah işlətmədən işğaldan azad olunmasını sülhün qarantı hesab etmək olar.
Müasir dövrümüzün bir tələbi var, Sülh!
Şuşa şəhərində Türk dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü olduqca səmərəli bir görüşdür, bu görüş əsrlər boyunca Türk birliyinin yaranmasını özündə əks etdirir, bir çox dövlətlər Türk birliyi ifadəsini eşidəndə yeni güc birliyinin yaranmasını düşünür, TDT hərbi gücə əsaslanan təşkilat deyil, müasir dövrümüzdə baş verən qloballaşma və yaranmış müharibə ocaqlarının söndürülməsi və hümanitar yardıma ehtiyac duyulan bölgələrə xüsusən də Qəzzaya hümanitar yardımın çatdırılmasında yaranmış çətinlikdən, baş verən humanitar fəlakət vəziyyətinə görə dərin narahatlıq ifadə ounur, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl edilməsi, o cümlədən 1967-ci il sərhədlərinə uyğun paytaxtı Şərqi Qüds olmaqla suveren və vahid Fələstin Dövlətinin beynəlxalq səviyyədə tanınmasına dəstək ifadə olunub. Fələstin Dövlətinin yaranması haqqında ifadə bildirən TDT-nın dövlət başçıları beynəlxalq hüquqa istinad edirlər. Fələstinin suveren dövlət kimi tanınması dünya dövlətləri tərəfindən yaxın şərqdə bir münaqişə ocağının söndürülməsi deməkdir, muasir dövrümüzdə silahların susdurulması üçün Xalqların tarixi adət-ənənələrinə, milli kimliklərinə, din, dil birliyi və irqinə, hörmətlə yanaşmağı tələb edir. Ümid edirəm ki, yaxın zamanda Qəzzada atəşkəs yaranar, TDT-nın dövlət başçılarının vasitəçiliyi ilə Yaxın Şərqdə uzun ömürlü Sülh yaranar!
Ramil Alıyev - Bərdə rayon Nazırlı kənd 1 nömrəli tam orta məktəbin tarix müəllimi