BolgeXeber.Com » Bölgə » Göyçay sakini Göyçay MRX-dəki özbaşnalıqdan şikayət edir

Göyçay sakini Göyçay MRX-dəki özbaşnalıqdan şikayət edir

7-12-2013, 17:55
Oxunub: 4 814 Bizim ümidimiz baş həkimə deyil, rüşvətxora, dələduza qalmışdır.

Bolgexeber.com-in redaksiyasına Göyçay sakini Əliyev Balaseyid Seyidağa oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur. Göyçay MRX-də baş verən neqativ hallar hallardan bəhs edən həmin məktubu olduğu kimi təqdim edirik: “Bildirirəm ki, mən fəhlə işləməklə məşğul olan Azərbaycan Respublikasının vətəndaşıyam. Ailəliyəm, 2 övladım var. Çox sadə həyat tərzi keçirməklə yaşayıram. Məlum edirəm ki, Göyçay rayonunda “Babaoğlu Fikrət” ləqəbi ilə tanınan qanunsuz “demoqoq” fəaliyyəti ilə məşğul edən biri vardır ki, başqa insanlara olduğu kimi son vaxtlar bizim ailəyə rahatlıq vermir. Səbəb isə onun Göyçay MRX-nın baş həkimi ilə əlbir olması və həmin xəstaxanada mamaça işləyən qızlarını müdafiə etməkdir. Həmin şəxsin özbaşınalıqları saymaqla qurtaran deyil. O, yalandan hamıya deyir ki, “Mən Heydər Əliyevi ölümdən qurtaran adamam, sözümün də üstə söz deyən yoxdur. Mən general kimi bir adamam”. Onu bu cür davranmasına səbəb isə bir çox məmurların onun qarşısından qaçmasıdır. Belə ki, xoşlamadığı məmurlar barəsində şantaj xaarakterli şikayətlər yazır. Bu cür yolla həm məmurları incidir, həm bəzi vətəndaşları, həm də ki, pul qazanır. 30 noyabr 2013-cü tarixində mən Göyçay Mərkəzi Xəstəxanasında olarkən orada xəstə olan gəlinimin hal-əhvalını soruşdum. Orada onun qoluna 2 nəfər tibb bacısı və mülki şəxs girməklə mənim yanıma gətirdilər. Onun vəziyyətinin pis olduğunu görüb gəlinimin Bakıda yerləşən Respublika Xəstəxanasına aparılması üçün arayış istədim. Orada mənim sözümü heç bir həkim eşitmədi. Hətta baş həkim Famil Zeynalova da müraciət etsəm də, o da mənim xahişimi nəzərə almayaraq, xəstənin heç yerə aparılmayacağını bildirdi. Belə olduqda mən Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edərək şikayətimi bildirdim. Şikayətimdən 1 həftə keçməsinə baxmayaraq Səhiyyə Nazirliyindən mənə heç bir cavab verilməyib. Xəstənin vəziyyəti hal-hazırda olduqca pisdir. Yeni doğulmuş uşaq isə Bakı şəhərində OMDE klinikasında müalicə və müayinə olunur. Artıq 10 gündən çoxdur ki, 12 günlük körpə ilə anası ayrı-ayrı xəstaxanalarda yatırlar. Göyçay MRX-də isə həm şərait, həm də həkim qayğısı olduqca çox aşağı səviyyədədir. Mənim şikayətimdən sonra Famil Zeynalov Babaoğlu Fikrət adlı şəxsi öz yanına çağıraraq ondan kömək istəyib. Fikrət belə bir plan qurub ki, guya ki, mənim oğlum Kamil xəstəxanaya yeni doğulmuş uşağın sənədlərin almağa gedərkən orada mamaça işləyən Babaoğlu Fikrətin qızının şəklini çəkib. Fikrət belə iydurma böhtanla mənə və oğluma dəfələrlə zəng edərək bizi öldürəcəyini deyib. Hətta o müxtəlif mobil nömrələrdən telefon zəngləri ilə bizə nalayiq söyüşlər söyməkdən çəkinmir. Həmin gün Fikrət və Famil mənim üstümə adam göndəridirib ki, “ sən şikayət etdiyinə görə başın ağrıyacaq, özünü yığışdır”. Onların hərəkətlərindən yerli orqanlara şikayət etməyin heç bir müsbət nəticə verməyəcəyini bildiyim səbəbindən ümidim yalnız Sizlərə qalmışdır. Babaoğlu Fikrət deyir ki, “mən Göyçayın yiyəsiyəm, nə qədər ki, mən buradayam, sən bu rayonu tərk etməlisən”. Onun bu yaxınlarda Göyçay rayon Potu Bələdiyyəsinə, məhkəməyə təzyiq göstərməklə Potu kənd sakinləri Əzrulla və oğlanlarının istifadəsində olan torpaqları boşaltdırması, evlərini, istixanalarını sökdürməsi və sonunda da həmin torpaq sahəsindən 0,10 ha torpaq sahəsini pay alması bunu deməyə əsas verir ki, bu insan şantaj və hədə qorxu ilə istədiyi hər şeyə nail olur.

Famil Zeynalov Göyçay rayonunda həkim kimi deyil, rüşvətxor, korrusioner və reket kimi tanınan bir adamdır. Rəhbərlik etdiyi xəstəxanada o həkimlərdən, feldşerlərdən, tibb bacılarından pul toplayıb onları kursa getməkdən azad edir. İndi oranın işçiləri kursa getmək haqqında deyil, oraya getməməyin məzənnəsi olan 1000-3000 manat puldan danışırlar. Odur ki, son bir ayda xəstəxanada ölənlərin sayı 5 nəfər ölmuşdur. Onun sözünün üstünə söz deyən həkimlər ya işindən qovulur, ya da ki, külli miqdarda rüşvət hesabına yenidən işlərinə bərpa olunurlar. Həmçinin o, mühasibi Könül vasitəsi ilə hər ay bankomatlardan işləməyən (amma adları ştatla qeyd olunmuş) 10-larla səhiyyə işçisinin maaşını çıxarıb mənimsəyir. Bu faktı təsdiq etmək üçün Göyçay MRX-ya yaxın bankomatdan şəkil və videoları çıxarıb yoxlatmaq kifayət edər. Əvvəllər isə bankomata kartları xəstəxananın qapıçısı salmaqla pul çıxarırdı. Onun Famil Zeynalovla münasibəti pisləşdiyindən indi həmin iş başqa şəxsə həvalə edilib. Dövlət büdcəsindən xəstaxanaya ayrılmış vəsaitdən 10 minlərlə pulu mənimsəyib, heç bir əsaslı tikinti işləri aparılmır. Digər pullara isə köhnə tikinti materialları alaraq , xidmət etdiyi nazirliyi aldadır. Bundan əlavə xəstəxanaya aid ərazinin 613 kv metr sahəsini qanunsuz yolla öz mülkiyyətinə keçirməklə orada kafe-çayxana tikdirmişdi. Cinayətinin üstü açılmasın deyə həmin tikintini sökdürüb, torpaq sahəsinin isə özünə məxsus deyil, guya ki, başqa şəxslər tərəfindən zəbt olunduğunu bildirir. Hansı ki, həm torpaq sahəsinin, həm də tikintinin ona məxsus olmasını yüzlərlə insan bilir. Eşitdiyimə görə bu yaxınlarda həmin tikinti ilə bağlı Göyçay rayon prokurrluğunda cinayət işi araşdırılarkən Famil Zeynalov 10 000 (on min) ABŞ dolları verməklə yaxasını qurtarmış olub. Hal-hazırda xəstəxananın yeni qapıçısına tapşırıq verib ki, hər gün mənə 60 (altmış) manat içəri daxil olan avtomobillərdən pul toplamalısan. Bundan əlavə qeyd etmək istəyirəm ki, F. Zeynalov xəstəxananın çox yararlı vəziyyətdə olan 100-dən çox hasarlarını hər biri 50 (əlli) manat olmaqla satmışdır. Həmin hasarların harada və kimdə olması mənə yaxşı məlumdur. Həmçinin o, xəstəxananın tibba avadanlıqların satmışdır. Xidməti avtomobillərə gün ərzində 5 litrdən artıq benzin vurulmasına qadağa qoyub və tapşırıq verib ki, çox lazım olarsa öz büdcənizdən xərcləyin. Şəkər xəstələrinin savadsızlıqlarından istifadə edərək onlardan insullin üçün pul aldırır. Bütün bunları yazmaqda məqsədim budur ki, bizim ümidimiz baş həkimə deyil, rüşvətxora, dələduza qalmışdır”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com