BolgeXeber.Com » Bölgə » Saatlı polisindən daha bir özbaşnalıq

Saatlı polisindən daha bir özbaşnalıq

9-12-2013, 14:50
Oxunub: 4 021 Bolgexeber.com-un redaksiyasına Saatlı rayonunun Heydər Əliyev prospektində yaşayan Əliyeva Gülü Əli qızı tərəfindən şikayət məktubu daxil olmuşdur.Məktubu olduğu kimi təqdim edirik:
“Yazib sizə bildirmək istəyirəm ki, mən 3 övlad anasıyam. Oğlumun biri hərbi əlildir, biri isə ruhi xəstədir. Bir Qarabag əlili anası olan azərbaycan qadını kimi sizdən xahiş edirəm ki,mənim şikayətimə baxılmasında mənə kömək edəsiniz. Qeyd etdiyim kimi ki,oglum Əliyev Əlimdar Rövşən oglunun səhhəti çox ağırdır.Bundan başqa ailəmizin maddi vəziyyəti də yaxşı deyil.Mənim əsas şikayətim isə hüquqlarımın tapdanması ilə əlaqədardır.Belə ki, 2013- cü il, 2 dekabr tarixində,saat 14 :15 radələrində Saatlı rayon polis şöbəsinin polisləri əməliyyat adı ilə qəflətən evimə qrup şəklində basqın edərək ailə uzvlərimə qarşı zor tədbiq edərək bizi döydülər .Bu zaman polis əməkdaşları hətta azyaşlı körpə nəvəmi belə döyməkdən çəkinməyiblər. Bununla baglı yerli icra hakimiyyətinin müavini İlham məllimə muraciət etsəm də,şikayətimizə əhəmiyyət verən olmadı.Əksinə xəstə -vərəm olan oglumu şillə- təpiyin altına salaraq maşına basdılar və məni körpə nəvəmi, gəlinimi, qızımı döydulər.Artıq görəndə ki, oglumun halı pisdir RMX-dan təcili yardım maşını çagırıb oglumu komadan ayıltdılar.Biz bu özbaşnalıq barədə “102” xidmətinə də muraciət etdik.Ancaq bizi polis şöbəsinə çagırıb izahat almaq əvazinə bizə hədə-qorxu gəlib dedilər ki, bir də bir yerə xəbər verib bizi narahat etsəz sizin təmələnizi kəsəcəyik. İndi bəs biz hara müraciət edək ki, bizi bu cür polislərin qanunsuz əməllərindən qorusunlar”.
Əliyeva Gulü Əli qızə
Əliyev Elşən Rövşən oglu
Əliyeva Xuraman Rövşən qızı
Əliyeva Nəzakət Mirələm qızı
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq
Bolgexeber.com