BolgeXeber.Com » Bölgə » Beyləqanda müəllimlər üsyana hazırlaşır

Beyləqanda müəllimlər üsyana hazırlaşır

10-12-2013, 18:50
Oxunub: 2 682 Beyləqan rayon Maliyyə şöbəsinin müdiri Oqtay Hacıyev müəllimlərin maaşını şəxsi «biznesinə» yönləndirir?

Beyləqanda müəllimlər noyabr ayının maaşını ala bilmirlər. Buna görə də müəllimlər üsyan həddindədirlər. Qeyd edək ki, müəllimlər təyinatı üzrə maaşlarını hər ayın 25-də alırlar.

Lakin Beyləqandan pia.az-a daxil olan məlumata əsasən müəllimlər təyinatı üzərinə noyabrın 25-də maaşlarını ala bilməyiblər və nə vaxt alacaqları da bəlli deyil. Bildirilir ki, Maliyyə Nazirliyndən müəllimlərin maaşı təyinatı üzrə ayrılsa da, Beyləqan maliyyə şöbəsinin müdiri Oqtay Hacıyev həmin vəsaiti harasa başqa istiqamətə yönləndirib. Elə bu üzdəndə rayonda müəllimlərin narazılığı son həddə çatıb və maaşlarını ala bilməyən müəllimlər Beyləqan rayon İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşırlar.

Məlumatda göstərilir ki, artıq neçənci dəfədir ki, Oqtay Hacıyev müəllimlərin maaşlarını yubadır. Rayonda belə şayiə dolaşır ki, Beyləqan maliyyə şöbəsinin müdiri həmin vəsaiti bankdan çıxararaq sələmçilərə verir və buna görə faiz alır. Belə ki, Oqtay Hacıyev növbəli qrafik qurub və hər ay bir büdcə təşkilatının birinin maaşını yubadır.

Məlumatda həmçinin o da vurğulanır ki, Oqtay Hacıyevin bu maxinasiyasından icra başçısı Vaqif Abdullayevində məlumatı var və icra başçı bu «əməliyyatdan» öz faizini alır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Bolgexeber.com