Şahin Məmmədov cavab vermək zorundadır
12-12-2013, 15:55
Oxunub: 4 270
Ağcabədinin icra başçısına qarşı ilginc ittiham
Ağcabədi rayon icra hakimiyyətinin başçısı ciddi problemlə üz-üzə qalıb. Bu barədə Nazirlər Kabinetindəki mötəbər mənbə məlumat verib.
Xatırladaq ki, icra hakimiyyətlərinin ilin yekunları ilə bağlı hesabatlarının ciddi şəkildə təftişinə qərar verilib ki, bu əsnada da bir neçə rayonun icra başçısının əməlli-başlı problem yaşadığı söylənilir.
DİA.AZ-a ötürülən informasiyada bildirilir ki, həmin qəbildən olan problemi yaşayan Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov bəlkə də vəzifə başında son günlərini yaşayır. Mənbə iddia edir ki, icra başçısı Şahin Məmmədovun, habelə icra hakimiyyətinin sektor müdiri Akif Abbasovla yerli maliyyə şöbəsi müdirinin imzası ilə «yuxarılara» təqdim olunan hesabatlarda ciddi yeyinti faktları aşkarlanıb.
Mənbə iddia edir ki, dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsi ilə bağlı icra hakimiyyəti adından təqdim olunan sənəd əslində korrupsiyanın etirafı anlamına gəlir: «Təbii ki, buna görə icra başçısı cavab verəcək. Hakimiyyət son aylarda özünün yeni dəst-xəttini nümayiş etdirir. Və bu yeni siyasət bəziləri tərəfindən populizm kimi təqdim olunsa da, realda bir neçə icxra başçısının cəzalandırılması gözlənilir ki, onlardan da biri Şahin Məmmədov olacaq. Hər halda, ortadakı faktlar buna zəmin yaradır».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər