Biləsuvarda 16 ailənin seçkidən imtinanın səbəbləri -FOTOLENT
1-09-2010, 11:05
Oxunub: 8 603




Biləsuvar RİH: Bizdə ümumiyyətlə zibilxanalar yoxdur
Dünən xəbər vermişdik ki, Biləsuvar rayonunda 16 ailə evlərinin kanalizasiya sisteminin sıradan çıxmasına etiraz əlaməti olaraq seckılərdən imtinaya və YAP-dan da istefa verməyə hazırlaşırlar
Daha sonra sakinlərin bildirirmişdilər ki, problem belə davam edərsə Prezident Administrasiyasına yürüş edəcəklər.
Məlumat verdiyimiz kimi Biləsuvar rayoni Səməd Vurğun küçəsi, bina 1-də yaşayan 16 ailə ağır vəziyyətdə yaşayır. Səbəb kanalizasiya sisteminin sıradan çıxması və indiyə qədər düzəldilməməsidir. Bununla bağlı müvafiq qurumlara dəfələrlə müraciət edən sakinlərin sözünü və dərdini eşidən yoxdur.
Dünən əməkdaşlarımıza məlumat verən Səməd Vurğun küçəsinin sakinləri bildiriblər ki, artıq yekun qərar veriblər. Qərarları isə 16 ailənin qarşıdan gələn parlament seçkilərində iştirakdan imtina etməkdən ibarətdir. Bundan başqa, onlar həmçinin etiraz əlaməti olaraq hakim Yeni Azərbaycan Partiyasından da istefa verməyə də hazırlaşırlar.
Daha sonra sakinlərin əməkdaşlarımız bildiriblər ki, problem belə davam edərsə Prezident Administrasiyasına yürüş edəcəklər.
Əməkdaşımızın bu məsələ ilə bağlı Rayon icra hakimiyyətinə etdiyi zəngləri dünəndən cabavsız qalsada nəhayət ki, bu suallara bir nəfər cavab verən tapıldı. Və bizə bildirdiki, “bizdə ümumuyyətlə zibilxanalar yoxdur və mən başqa suallara cavab verə bilməyəcəm.” Bəli bu da bir rayonu həvalə edilmiş insanlar. Hər halda bütün problemləri qabartmaq isə bizim peşəmizdir.Və biz rəhbərlikdən fərqli olaraq görə bilirik.
P.S. Adıçəkilən rayonunun rəhbərliyi haqda eşitdiklərimiz isə heç bir insaniyyətə sığmır. Hər halda geniş reportajdan sonra daha çox məlumatlı olacaqsınız. Bizi izləməklə bizləcəksiniz ki:
-Təhsildə və torpaq alverində püxtələşən rayon rəhbərliyi bundan nə qədər qazanc götürüb?
-Rayonda ünvanlı sosial yardımdan Rəhbərliyə neçə fazi catır?
-Biləsuvarda YAP-dan istefanın əsl səbəbləri....
-Dövlət büdcəsindən ayrılan pullar kimlərin cibinə gedir?
-Rayonda kicik bir işə girmək ücün kimi görmək lazımdır?
-Hər ay rayonda fəaliyyət göstərən idarə rəhbərləri Başçını necə görürlər ?
-Şəhərin mərkəzində kəsilən ağaclara kim icəzə verir?
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər