Tərtərdə “Frutti Aqro” MMC tərəfindən yeni salınmış intensiv meyvə bağına baxış keçirilib
23-05-2025, 11:27
Oxunub: 4 792
Bolgə.TV xəbər verir ki, Tərtərdə “Frutti Aqro” MMC tərəfindən yeni salınmış intensiv meyvə bağına baxış keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazovla birgə Çaylı kəndində “Frutti Aqro” MMC tərəfindən yeni salınmış intensiv meyvə bağına baxış keçiriblər.
Yeni salınmış intensiv meyvə bağına baxış keçirilən zaman “Frutti Aqro” MMC-nin rəhbəri Rəşad Məmmədov bağ barədə ətraflı məlumat verərək bildirib ki, “Frutti Agro” MMC 12.04.2022 ci ildə təsis edilmisdir. Şirkət Tərtər rayonunda yerləşir. Əsas fəaliyyət istiqaməti bağçılıqdır. Şirkətin balansında ümumi olaraq 430 hektar ərazi mövcuddur. Ərazinin 24 saat mühafizəsini təmin etmək məqsədi ilə mühafizə postları yerləşdirilmiş və müşahidə kameraları quraşdırılmışdır. İlkin mərhələdə ümumi sahəsi 321 ha olan ərazidə 175 ha xurma, 120 ha nektarin və şaftalı, 10 ha ərik və 16 ha əncir intensiv bağı salınmışdır.
Ərazilərin suvarılması məqsədi ilə ümumi həcmi 200 min kub metr olan süni göl yaradılmışdır. Gölün qidalanması Suqovuşan su anbarından ayrılan kanaldan təmin edilməkdədir. Bağın dayanıqlı enerji ilə təchiz edilməsi məqsədilə ümumi uzunluğu 5 kilometr olan elektrik xətti çəkilmişdir. İntensiv bağın suvarılmasının idarə olunması İsrail istehsalı avtomatik damlama suvarma sistemi vasitəsilə həyata keçirilir. Bu məqsədlə ümumi sahəsi 200 kvm olan nasosxana tikilmişdir. Sahədə hərəkətin təmini üçün 16 kilometr uzunluğunda servis yolları salınmışdır.
Bağda aqrotexniki işlərin aparılması məqsədi ilə 12 ədəd traktor və dərman çiləyicilər, işçilərin işə rahat gəliş-gedişinin təmini məqsədilə şirkət tərəfindən servis mikroavtobusları təşkil olunmuşdur. Eyni zamanda texnika və nəqliyyat vasitələrinə texniki qulluğun aparılması üçün qaraj və parklama yerləri salınmışdır.
Ərazidə əlavə olaraq konteyner tipli ofislər, yeməkxanalar quraşdırılmış, ümumi sahəsi 240 kvm olan mal-material və gübrə anbarı tikilmişdir.