Bolgə.TV xəbər verir ki, “Konstitusiya və Suverenlik ili - 2025”: Tərtərdə 23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Tərtər Rayon Komitəsinin sədri Pərviz Mustafayev, rayon icra hakimiyyəti başçısı aparatının, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən dövlət qulluqçuları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səslənib, sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını təbrlk edərək, onlara öz işlərində uğurlar, həmişə dövlətə və dövlətçiliyə sadiq olmağı arzulayıb.
İcra başçısı bildirib ki, 23 iyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.
Qeyd edib ki, Azərbaycanda dövlət qulluğu sahəsində reallaşdırılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişikliklə çox mükəmməl bir hüquqi akt yaradılıb. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar düşünülmüş şəkildə və müəyyənləşdirilmiş proqramlara uyğun aparılır. Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır.
Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır.
Prezident, Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz Ermənistanın 30 illik işğalına son qoyduqdan sonra Cənubi Qafqazda yeni reallıqlar yarandı. Həmin reallıqlardan biri də işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə formasının tətbiqidir. Belə ki, həmin ərazilərdə dövlət başçımızın 2021-ci il 19 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edildi. Bununla Azərbaycanda dövlət idarəçiliyi sahəsində yeni bir idarəetmə formasının tətbiqini nəzərdə tutan mərhələnin əsası qoyuldu. Bu idarəetmə formasının da əsasını dövlət qulluğu təşkil edir.
Azərbaycanda dövlət qulluqçularının daha səmərəli fəaliyyət göstərməsini və onlara tapşırılan mürəkkəb vəzifələrin daha yaxşı yerinə yetirilməsini təmin etmək üçün bu kateqoriyadan olan insanlar mütəmadi şəkildə dövlət mükafatları ilə təltif olunur.
Rayon rəhbəri bildirib ki, rayonumuzun ayrı-ayrı müəssisələrində, ümumilikdə, 155 dövlət qulluqçusu vəzifəsi var. Həmin vəzifələrin140-ı inzibati, 15-i yardımçıdır. Dövlət qulluğunda çalışanların 33 nəfəri qadınlar, 26 nəfəri gənclərdir. Rayon üzrə muzdla çalışan işçilərin 2,1 faizini dövlət qulluqçuları təşkil edir.
Dövlət qulluğunda rəhbər vəzifələrdə çalışanların ümimi sayı 66 nəfərdir ki, onlardan da 10 nəfəri qadınlardır.
Dövlət qulluqçularının 5 nəfərinin 1 ilədək, 36 nəfərinin 1 ildən 5 ilə qədər, 33 nəfərinin 5 ildən 10 ilə qədər, 26 nəfərinin 10 ildən15 ilə qədər, 55 nəfərinin isə 15 ildən yuxarı qulluq stajı var.
Dövlət qulluqçularının 21 nəfəri-13,5 faizi 30-34 yaşda, 12 nəfəri-7,7 faizi 35-39 yaşda, 8 nəfəri-5,2 faizi 4-44 yaşda, 8 nəfəri-5,2 faizi 45-49 yaşda,13 nəfəri-8,4 faizi 50-54 yaşda, 24 nəfəri-15,4 faizi 55-59 yaşda, 35 nəfəri-22,6 faizi 60-64 yaşda, 8 nəfəri-5,2 faizi 65 və yuxarı yaşlarda olan şəxslərdir.
Sonra YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Tərtər Rayon Komitəsinin sədri Pərviz Mustafayev, Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov, Hüsənli kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova, rayon Statistika idarəsində aparıcı-məsləhətçi Rahib Cabbarlı, Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov və Bəxtiyr Cəfərov çıxış edərək ölkəmizdə dövlət idarəetmə sistemində həyata keçirilən islahatlar, vahid dövlət siyasətinin formalaşdırılması, kadr siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi, geniş hüquqi bazanın yaradılması sahəsində görülən işlər haqqında danışıblar.
Sonda Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon Təşkilatı və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Tərtər Rayon Komitəsi tərəfindən rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup dövlət qulluqçusuna fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.