BolgeXeber.Com » Bölgə » Astara ƏƏSM-in müdiri Səlim Müslümovun qəzəbinə gəlib

Astara ƏƏSM-in müdiri Səlim Müslümovun qəzəbinə gəlib

24-01-2014, 06:40
Oxunub: 4 819 Füzuli Ələkbərovun adamı olan Xəyyam Əkbərov Səlim Müslümovun qəzəbinə gəlib

Astara rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzində son iki gündür total yoxlamalara start verilib. Bu barədə rayondan məlumat verilib.

Həmin məlumatda deyilir ki, fondun müdiri Xəyyam Əkbərovun fəaliyyətini yoxlatdırmaq üçün rayona qrup göndərən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov onunla yollarını ayırmaq qərarını da verib. Amma Əkbərovu gözləyən təhlükə təkcə bundan ibarət deyil. Həmçinin araşdırmalar zamanı üzə çıxmış xeyli sayda nöqsanlar üzündən onun həbs təhlükəsi ilə üz-üzə qala biləcəyidir.

Məlumatda deyilir ki, nazirliyin nümayəndələri qısa müddətdə əhaliyə verilən ünvanlı sosial yardımların lazım olan şəxslərə deyil, imkanlılara verilməsini müəyyənləşdiriblər. Üstəlik, Mərkəzin vəsaitlərinin idarə edilməsi və xərclənməsində də kifayət qədər ciddi nöqsanlar aşkarlanıb. Məlumat verən mənbə bildirib ki, Xəyyam Əkbərovun durumu bu səbəbdən çox ağırdır və yoxlamanın nəticəsi prokurorluğa göndərilə bilər.

Bu əsnada onu da diqqətinizə çatdıraq ki, Xəyyam Əkbərovu Astara Sosial Müdafiə Mərkəzinin rəhbəri postuna keçmiş nazir Füzuli Ələkbərov təyin edib. Həmçinin Əkbərovun Ələkbərovun ən yaxın adamlarından biri olduğu deyilir. Elə Müslümovun onun idarəsində yoxlamalara start verməsi də məhz keçmiş nazirlə əlaqələrə malik olması ilə bağlıdır.