BolgeXeber.Com » Bölgə » Səlim Müslümovun saxta diplomlu kadrı var?

Səlim Müslümovun saxta diplomlu kadrı var?

25-01-2014, 12:05
Oxunub: 4 814 Cəlilabad ƏSMM-in yeni direktoru Mehdi Abbasovun ali təhsil sənədinin saxta olmasına dair iddialar var

Qeyd edək ki, Səlim Müslümov nazir təyin ediləndən sonra belə bir bəyanat vermişdi ki, o, nümunəvi kadrlarla işləyəcək. Ardından keçirdiyi müşavirədə bütün TSEK müdirlərini işdən çıxaran yeni nazir, onların yerinə hər hansı bir təyinat aparmadı. Bundan əlavə rayon Sosial Müdafiə Mərkəzlərinin də rəhbərlərini işdən çıxararaq, onları yeniləri ilə əvəzləməyə başladı.
Səlim Müslümov həqiqətən də verdiyi sözü «tutub». Və elə kadrları vəzifə başına gətirir ki, onların bəzilərinin ya diplomu yoxdur, ya da saxtadır. Məsələn, Cəlilabad rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Mehdi Abbasov yeni kadrlardan biridir. Onun bu posta təyinatı isə bir həftədir baş tutur.

Əldə etdiyimiz məlumatlara görə, Mehdi Abbasov deputat qohumu vasitəsi ilə vəzifə sahibi olub. «Qasid» firmasının direktoru və millət vəkili olan Mirkazım Kazımovun yaxın qohumu olan yeni direktor bundan əvvəl Cəlilabad Məşğulluq İdarəsinə rəhbərlik edib.

Amma işin ilginc tərəfi başqadır. Daxil olan məlumata görə, Mehdi Abbasovun diplomu da saxtadır. İddia edilir ki, ƏSMM-nin yeni direktoru bu diplomu hələ 1996-cı ildə Rusiyadan gətirdib. Və həmin «ali təhsil sənədi»ndə onun guya, sovet dövründə Voronej Dövlət İnstitunu bitirdiyi yazılıb.


JAM.AZ