Azərbaycan müğənnilərinin biabırçı görüntüləri - VİDEO +18
8-03-2014, 16:45
Oxunub: 14 076
“Space” telekanalında yayımlanan “Şou+” verilişi araşdırma apararaq Azərbaycan müğənnilərinin kliplərindəki açıq-saçıq səhnələri bir araya toplayıb.
“Space” telekanalında yayımlanan “Şou+” verilişi araşdırma apararaq Azərbaycan müğənnilərinin kliplərindəki açıq-saçıq səhnələri bir araya toplayıb.
Siyahıda yer alan ilk ifaçı xalq artisti Faiq Ağayev olub. Onun “Sən gəlməz oldun” klipindəki öpüşmə səhnələri bir müddət gündəmin əsas mövzusuna çevrilmişdi. Son vaxtlar reper Qurdun “Tapın ona” mahnısına çəkdirdiyi klip də böyük müzakirələrə səbəb olmuşdu. Müğənni Roza Zərgərlinin “Tı i ya” ("Sən və mən") adlı ekran işi də erotik səhnələri ilə diqqət çəkmişdi.
Tanınmış sənətçilər açıq-saçıq kliplərə öz münasibətlərini bildirib.
Xalq artisti Brilliant Dadaşova – Bizimkilər Beyonsa, Cenniferə baxır. Özümüzkülərdə belə hal görəndə isə amansız yanaşırıq. Dünya inkişaf edir, bizdə də belə kliplər olsun.
Müğənni Emil Bədəlov – Roza Zərgərlinin klipində açıq-saçıqlıq var. Bizdə bunu yayımlamaq çətin olsa da, Rusiya üçün əla bir işdir.
Reper Qurd – Qızla oğlanın əynindən köynəyi çıxarmaq erotika deyil.
Müğənni Elnur – Bu cür işləri risk edib çəkirlər. Qəbul edən edir. Amma bizim kliplər maraq doğurmur. Buna görə də artıq elə işləmək lazımdır ki, yaxşı alınsın.
Əməkdar artist Nüşabə Ələsgərli – Dünya kliplərinə baxanda ağızları açıq qalır, bizimkilərə isə yox.
Bu cür halları xoşlamıram. Rejissor nə desə odur. Mən oynamıram ki, aktrisa oynayır. Buna normal baxıram.
Müğənni Ramal İsrafilov – Çəkildiyim kliplərdə buna tələbat olarsa, edərəm. Biz səhnə adamlarıyıq. İnsanlar bizi başa düşər.
Müğənni Nadir Qafarzadə - Açıq-saçıqlıq olmalıdır, amma çərçivədən çıxmamaq şərtiylə.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər