BolgeXeber.Com » Şou-Biznes » Rejissor: Orada açıq-saçıqlıq yoxdur – FOTO + VİDEO

Rejissor: Orada açıq-saçıqlıq yoxdur – FOTO + VİDEO

16-04-2014, 14:45
Oxunub: 22 276 “Həmin şəxs səhnəmizdə lüt soyunan ilk qadın aktrisa olub”.

Mədəniyyət kanalında yayımlanan “Gürzə” serialındakı qadın obrazlarından birinin açıq-saçıq geyimi sosial şəbəkələrdə və mediada rezonans doğurub.

Oxu.Az məsələ ilə əlaqədar serialın quruluşçu rejissoru Məhərrəm Bədirzadə ilə əlaqə saxladı. Rejissorun mövzuya münasibəti belə oldu:

“Orada açıq-saçıqlıq yoxdur. Sadəcə, qadının sinəsi qabarıq göstərilib. Çünki həmin obraz pozğun qadın obrazıdır. Obrazı yaradan aktrisa Dilarə Nəzərova Azərbaycan teatr səhnəsində lüt soyunan ilk qadın aktrisa olub.

Serialdakı epizoda gəlincə isə orada daha da açıq-saçıq nüanslar olmalı idi, hələ biz onu gizlətmişik. Sonda həmin qadın dilənçi vəziyyətinə düşür. Onun məşuqu isə ölür. Bununla, həmin yola düşənlərə onu çatdırmaq istəmişik ki, bundan əl çəksinlər, yoxsa sonu faciəvi, acılı bitəcək”.

Qeyd edək ki, həmin epizodlar “Gürzə” serialının 2-ci seriyasının 38-ci dəqiqəsindən sonra cərəyan etməyə başlayır. Həmin epizodu tam şəkildə təqdim edirik.

Onu da bildirək ki, serial 2008-ci ildə ekranlaşdırılıb.

Ssenari müəllifi Ənvər Seyidov, quruluşçu rejissoru isə Məhərrəm Bədirzadədir.