BolgeXeber.Com » Şou-Biznes » Safurə Əlizadə evlilik həyatından danışıb

Safurə Əlizadə evlilik həyatından danışıb

29-04-2014, 09:50
Oxunub: 6 200 Safurə Əlizadə Sənaye və Energetika Nazirinin oğlu Fərhad Əliyevlə ailə qurandan sonra mətbuatdan uzaq gəzirdi.

Evləndikdən sonra ilk dəfə müsahibə verən Safurə Əlizadə evliliyin həyatını tamamilə və yaxşılığa tərəf dəyişdiyini söyləyib. 1news.az xəbər verir ki, onun karyerası ilə bağlı qurduğu bütün planları ikinci plana keçib. Səhnə üçün darıxmadığını, ümumiyyətlə darıxmağa vaxtı olmadığını açıqlayıb.

"Ailəm hər şeydən vacibdir mənim üçün. Sevdiyin insanla birlikdə olmaq ən böyük xoşbəxtlikdir! Mən həqiqətən də çox xoşbəxtəm! Mənim gözəl və sevimli həyat yoldaşım, məni sevən ailəm və isti ocağım var. İnanın mənə xoşbəxt olmaq üçün başqa heç nə lazım deyil!"

Eurovision müsabiqəsində 5-ci yeri tutan S.Əlizadə həmçinin bu ilki müsabiqənin təmsilçisi Dilarə Kazımovaya bütün qorxulara qalib gəlməyi, psixoloji cəhətdən özünü toplamağı və gözəl ölkəmizi layiqincə təmsil etməyi arzulayıb.