"Azərbaycan mədəniyyətinin bir kraliçası var, o da mənəm"-İlhamə Quliyeva
1-05-2014, 18:30
Oxunub: 5 940
İLHAMƏ: “MƏLEYKƏ UTANMIR ÖZÜNÜ KRALİÇA ADLANDIRIR?”
Son vaxtlar bir sıra KİV–də televiziyalarda müğənnilər aktrisalar özlərini kraliça adlandırıb. Onlar internet portallarına açıqlamasında özlərinin bu titula layiq görülməsini mədəniyyətimizə vedikləri töhvələrlə əlaqələndiriblər.
Hətta Xalq artisti Məleykə Əsədovadan “Atv” kanalında film çəkilib və adı da “Səhnəmizin kraliçası” adlandırılıb.
İlhamə Quliyeva açıqlamasında özlərinə belə ad verən adamların gülünc doğurduğunu bildirib.
“Mən belə şeylərə gülürəm və dincəlirəm. Primadonna, Kraliça adları mənim adımla bağlıdır. Səkkiz tacım var, onların hamısını zəhmətlə, layiqli yerlərdən almışam. Azərbaycan mədəniyyətinin bir kraliçası var, o da mənəm...
Bəzi müğənnilər, aktrisalar özlərini kraliça adlandırır.
Əzizlərim, halva-halva deməklə, ağız şirin olmur. Teatr sənətimizdə kraliçalar olub. Hökümə Qurbanova, Nəsibə Zeynalova.
Bu gün də teatrda kraliça Bəsti Cəfərovadı. Bu adı özünə qoyan bilir ki, mənim sözlərim onadı. Hər kəs öz yerini bilməlidi. Siz bilirsiz ki, mən kimnən danışıram. Özlərinə film çəkdirib, adlarını səhnəmizin kraliçası qoyublar. Ayıbdır...
Bunlar necə utanmırlar özlərinə belə ad qoyurlar?
Bir daha deyirəm, primadonna kraliça adları mənə məxsusdur. Bu adları Amerikada və Türkiyədə rəsmi almışam.”
bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər