“ATV həmişə bazar olub, pulunu ver, çıx efirə”
5-05-2014, 01:15
Oxunub: 4 839
Görün nə günə qalmışıq ki, Azərbaycanda heç kim öz kanallarımıza baxmaq istəmir
“Əvvəllər sənətdə, səhnədə bir rəqabət var idi. Bu gün isə səhnə boşdur. Kim səhnədə "partlayış" eləsə, özünə yer tutacaq. Amma məsələ burasındadır ki, heç kəs hərəkət etmək istəmir”.
Bolgexeber.com xəbər verir ki, bunu “Reytinq” qəzetinə müsahibəsində müğənni Aslan Hüseynov deyib. O, bildirib ki, bir məsələni də diqqətdə saxlamaq lazımdır. Söhbət "partlayış"ı hansı proqramda, hansı telekanalda et-məkdən gedir. “Varmı o proqram?” deyən müğənninin sözlərinə görə, əvvəllər maqazin verilişlər var idi, indi onları da ləğv etdilər: “Bilmirəm, maraq itib, yoxsa başqa səbəb var... İndi tanınmaq çox çətindir. Çünki kimdən soruşursan, deyir ki, mən Azərbaycan telekanallarına baxmıram. Görün nə günə qalmışıq ki, Azərbaycanda heç kim öz kanallarımıza baxmaq istəmir. Baxılan iki kanal, vəssalam...
Məsələn, ANS baxırlar. Niyə? Çünki orada insanların problemləri ilə bağlı məsələlər qabardılır. ATV isə həmişə bazar olub, pulunu ver, çıx efirə. Bu gün hamını pul maraqlandırır. Əvvəl rəqabət sənətdə idi. Bu gün rəqabət söyüşlərdə, təhqirlərdədir. İndi müğənni müğənniyə zəng etmir ki, gəl, təzə duet yazaq. Müğənni həmkarına zəng edir ki, gəl, dava edək. Dəfələrlə mənə zəng ediblər ki, dalaşıb, reklam olunaq. Demişəm ki, mənə ucuz reklam lazım deyil. Mən efirə çıxıb camaatı aldada bilmərəm”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər