Aygün Kazımova: "Həyat yoldaşımdan ayrılmamışam"
13-05-2014, 14:15
Oxunub: 7 717
“Öz aramızda” verilişinə qonaq olan xalq artisti Aygün Kazımova maraqlı etiraf edib.
Müğənni indiyədək həyat yoldaşından ayrılmadığını deyib:
“Ailə mənim üçün toxunulmazdır. Qızımı tək böyütmüşəm. Onun həm anası, həm atası olmuşam. Bir etiraf edim ki, həyat yoldaşımla bu günə kimi ayrılmamışıq. Rəsmi nikahımız var, amma bir-birimizin həyatında yoxuq. Sənətdə elə insanlar var ki, status xatirinə ailə qururlar, amma bərabər yaşamırlar".
Proqramda vətəndaş nikahına da münasibət bildirən sənətçi "Mən hər şeyi açıq danışan insanam. Ailəliyəmsə, deyəcəm ailəliyəm, ayrılmışamsa, düzünü deyəcəm. Əgər insanlar arasında sevgi, bağlılıq varsa, qeyri-rəsmi nikahda yaşayanlara müsbət baxıram. Çünki özüm də elə yaşamışam və xoşbəxt olmuşam. Bəlkə də mən o kağıza imza atsaydım, həyatım başqa cür olardı. Əgər xoşbəxtdirlərsə, elə nikahdan kənarda qalsınlar” deyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər