Xanəndəmiz Avropda birinci oldu
18-11-2011, 12:05
Oxunub: 6 802
Xanəndə Qoçaq Əsgərovun bu ilin mayında İtaliyanın "Filmay" musiqi şirkəti tərəfindən buraxılan diski sürətlə müxtəlif ölkələrə yayılır.
YUNESKO-nun eksperti, layihənin təşəbbüskarlarından olan Sənubər Bağırovanın verdiyi məlumata görə, Fransada bir qrup musiqiçinin rəyi əsasında sözügedən disk 2010-cu ilin ən yaxşı toplusu adını qazanıb. İfaçının digər uğurunun sorağı Almaniyadan gəlib. Belə ki, disk barəsində rəy bildirən bir neçə mütəxəssis Azərbaycan musiqisinin dünya miqyasında tanıdılmasında diskin əhəmiyyətini vurğulayıblar. Onlar "Filmay"in layihəsini dəstəkləyiblər. İngiltərənin mətbuatında isə yazılıb ki, Qoçaq Əsgərovun səs imkanları olduqca genişdir və o, böyük səhnələri fəth etməlidir.
Qeyd edək ki, sözügedən disk artıq onlarla ölkənin radio stansiyasında səslənir. Onu da qeyd edək ki, "Filmay" şirkəti Qoçaq Əsgərovun İtaliya konsertini internetə yükləyərək, böyük dinləyici auditoriyasına təqdim edib.
Diskin satışına gəlincə Sənubər xanım bunları dedi: "Diskin satışı yalnız əcnəbi ölkələrdə nəzərdə tutulub. Bizim Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi diskin tirajlanması ilə bağlı müvafiq sənədə imza atıb. Şirkət həmin tirajdan nazirliyə diski hədiyyə edib, yəni burada satışı nəzərdə tutulmayıb. Əgər tələbat satışı üstələyərsə, tirajın artırılması ehtimalı yarana bilər. Qeyd edim ki, İtaliyanın həmin şirkəti diski elektron variantda da satışa çıxarıb".
Sənubər xanım sonda vurğuladı ki, "Filmay"in Azərbaycan musiqisinin təbliğatı ilə bağlı layihəsi bununla yekunlaşmır. "Layihə çərçivəsində 6 diskin işıq üzü görməsi planlaşdırılıb. Bunlardan ikisi iki xanəndənin payına düşür. Qalan 4 diskə aşıq havaları, instrumental musiqilər və s. daxil edilib eyni qaydada satışa çıxarılacaq".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər