BolgeXeber.Com » Şou-Biznes » Afaq Aslan: “Arvadın sevgilimin yanında nə gəzir?” - Video

Afaq Aslan: “Arvadın sevgilimin yanında nə gəzir?” - Video

22-10-2014, 12:20
Oxunub: 6 431 Müğənnilər Afaq Aslanla Günel Məhərrəmova arasında yaşanan və daha sonra səngiyən qalmaqal yenidən alovlana bilər

Xəbər verir ki, Afaq Aslan savaşa yol açacaq açıqlamalar verib. Müğənni “10Lar” verilişinə müsahibəsində həmkarına qarşı kəskin fikirlər səsləndirib. Ad çəkməsə də, söhbətin kimdən getdiyi gün kimi aydın olub:

“Deyirsən ki, 10 ildir səhnədəyəm. Bu illər ərzində sənətdə heç nə etməmisən. Sənin kimi insanlar sənətkar ola bilməzlər. Bu 10 ildə başqa sahələrdə “sənətkar” ola bilərsən. Bu illər ərzində nə etmisən ki, indi deyirsən: mən sənətkaram?!

Bizim aramızda sənətlə bağlı qalmaqal olmayıb. Aramızda şəxsi münasibət pozulub. Bu da onun qeyri-əxlaqi ifadələrindən irəli gəldi. Onunla sivil insanlar kimi söhbət etməyə cəhd etdim. Bu insan mənə qarşı əxlaqsız sözlər, ifadələr, mesajlar yazmağa başladı. Yavaş-yavaş öz səviyyəsini göstərməyə başladı. Bu da mənə gülməli gəldi. Gördüm ki, bu insan mənim səviyyəmə uyğun deyil.

Onun kimi insanlar mənim sevgilimin həyatında bir saatlıq, bir günlük ola bilər. Sən onun üçün heç kimsən. Amma mən o insanın ürəyində əbədi yaşayıram.

Hətta çıxıb, bir neçə maqazin proqramında dedi ki, mən Afaqı məhkəməyə vermişəm. Mən burdan ona demək istəyirəm ki, sən hansı haqdan danışırsan? Haqlı olsaydın, məni çoxdan məhkəməyə vermişdin. O, mənim haqlı olduğumu çox gözəl bilir. Ona görə də onun yeganə çıxış yolu odur ki, sussun.

Əgər onun doğrudan da əri varsa, buradan ona səslənirəm ki, xanımına yiyə dur. Sənin xanımın mənim sevgilimin yanında nə gəzir?”

Xatırladaq ki, bir müddət öncə müğənni Afaq Aslan müğənni Günel Məhərrəmovanı “zövqsüz müğənni” adlandırmışdı. Ardınca isə o, daha bir müsahibə verərək, Günelin xarici görkəmi ilə bağlı fikirlərini bildirmiş, onu kilolu hesab etdiyini demişdi. Hətta bildirmişdi ki, bu görünüşlə o, qabyuyan işləsə yaxşıdır... Afaq Aslan daha sonrakı açıqlamalarında bildirmişdi ki, Günel onun sevgilisi ilə yaxın münasibətdə olub. Bundan bərk qəzəblənən Günel isə Afaqı məhkəməyə verdiyini demişdi.tabloid.az