BolgeXeber.Com » Şou-Biznes » Elza Seyidcahan kişi müğənnilərdən danışdı

Elza Seyidcahan kişi müğənnilərdən danışdı

15-12-2014, 21:40
Oxunub: 5 174 "Onun ailəsi var, tanıyıram, qohumu – dayısı qızı ilə evlənib”.

Bolgexeber.com -un məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında kişi həmkarlarını özlərini qadına bənzətməkdə günahlandırıb:“Efirlərə baxa bilmirəm. Bəzi kişi müğənnilərimiz var ki, qadın sənətçilərin yolunu gedir.

Ailə başçısısan, uşağın var, özünü niyə arvada bənzədirsən? Get özünü tap, bacarmırsansa, insanların ürəyini niyə bulandırırsan? Elə bilmə ki, bu hərəkətinlə seviləcəksən, əksinə nifrət qazanacaqsan. Heç olmasa, kişi ifaçını təkrarla da... Özünü niyə arvada oxşadırsan? Kişidir yerişini, danışığını dəyişir, biabırçılıqdır”.

E.Seyidcahan ayrıldığı həyat yoldaşından da danışıb:“İkinci dəfə ailə qurmaq istəmirəm. Övladlarım var, xalq qınayar. Oğlumun arzusudur ki, anası tez qocalsın. Mənə həmişə deyir ki, ay ana, bircə qocalsaydın... Heç vaxt ailə quracağım ağlıma gəlmirdi. İlk ailə həyatım 6-7 il davam etdi. 12 il ayrı yaşasaq da, boşanmadıq.

Sevgi əsasında ailə qurmuşdum. Yenə də həyatda dostuq, bir-birimizi başa düşürük. Övladlarımla bağlı anlaşılmaz hal olanda telefonda danışırıq. Oğlum deyir, atam səndən səbirlidir. Amma yenidən bir araya gələ bilmərik. Onun ailəsi var, tanıyıram, qohumu – dayısı qızı ilə evlənib”.