Qurban Məmmədov müğənni Elnarəni məhkəməyə verir-Biletin 80-70 manat olduğuna görə
21-02-2015, 12:12
Oxunub: 6 214
"Qoy məhkəmə qərar versin görək ALLAHın verdiyi səsi, talantı belə baha satmağa Elnarə xanımın nə haqqı var?
Bolgexeber.com bildirir ki,tanınmış hüquqşünas Qurban Məmmədov moderator.az-a qeyri-adi bir məktub göndərib. Daha doğrusu, biletlərin baha olması səbəbindən konsertinə qatıla bilmədiyi müğənni Elnarəni məhkəməyə verməyə hazırlaşdığını bildirib:
"Mən həbsxanada olanda hörmətli müğənnimiz Elnarə Abdullayevanın o yanıqlı səsiylə oxuduğu muğamlarla daha rahat nəfəs almışam.
Bu gün saat 19-00-da "Heydər Əliyev Sarayı"nda Elnarə xanımın konserti vardı.
İstədim ailəmlə, nəvələrimlə birlikdə bu konsertə gedim. Həbsdə olduğum müddətdə yığılıb qalmış mənəvi borclarımın heç olmasa bir hissəsini bu yolla da olsa, ödəyim. Alınmadı. Bilet neçəyə olsa yaxşıdır: 80-70 manat. Son sıralar 20 manat. Deyəsən, belə konsertlər də monopoliyadadır. Bu qiymətə millət necə bilet alır, anlamış deyiləm. Ancaq bilet də yox idi. Satılıb qurtarıb çoxdan...
İndi məni bir hüquqşünas kimi görün nə düşündürür!
Mənim və ailə üzvlərimin ALLAHın Elnarə xanıma vediyi səsdən feyziyab olmaq haqqı var, ya yox?
Mənim və ailə üzvlərimin, xüsusilə də, nəvələrimin milli müsiqimizi Elnarə xanımın ifasında dinləmək, bu yolla da informasiya almaq hüququmuz var, ya yox? Bəs mənim kimi milyonlarla kasıb Azərbaycan vətəndaşlarının necə? Konsert musiqi haqqında informasiya mənbəyi hesab edilməlidir, ya yox? Bu ciddi məsələni hüquqi müstəvidə həll etmək üçün mən Elnarə Abdullayevanı məhkəməyə verəcəyəm. Qoy məhkəmə qərar versin görək ALLAHın verdiyi səsi, talantı belə baha satmağa Elnarə xanımın nə haqqı var?!
Siz necə düşünürsünüz: Azərbaycan məhkəmələri heç olmasa bu barədə obyektib qərar verə biləcəklərmi?"
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər