Müşfiq Abbasovdan Tahir İmanova cavab: “Bizə rəqib olmaq istəyənlər…”
27-03-2015, 14:45
Oxunub: 6 940
Əməkdar artist Tahir İmanov «Səbəbkar» verilişində qonaq olarkən «Bu şəhərdə»ni özlərinə rəqib görmədiyini deyib. O, rəqiblərinin Moskvada qaldığını vurğulayıb.
«Bu şəhərdə»nin prodüseri Müşfiq Abbasovun Tahir İmanova cavabı özünü çox gözlətməyib.
Müşfiq Abbasov AzNews.az-a bildirib ki, onun rəhbərlik etdiyi teatrın Azərbaycanda rəqibi yoxdur: “Bizə rəqib olmaq istəyənlər Heydər Əliyev Sarayında ən azı 20 konsert verməlidir. 2013-cü ildə bu Sarayda 20 konsert proqramı ilə çıxış etmişik. Azərbaycan tarixində bu göstərici ilə bizə yaxınlaşan ikinci sənətkar olmayıb. Təkcə 5 konsert proqramı ilə Faiq Ağayev yaxınlaşıb. Bunu yoxlamaq heç də çətin deyil”.
M.Abbasov daha sonra əlavə edib ki, o, Tahir İmanovun “Yeni komandalara bizim qədər tamaşaçını ələ alması üçün mərhum Anar Məmmədxanov kimi rəhbər, Bəhram Bağırzadə kimi «frontmen» — əsas aktyor lazımdır” fikiri ilə razıdır.
“Azərbaycanı təmsil edən KVN komandası yoxdur, çünki Anar Məmmədxanov dünyasını dəyişdi. O, hələ ölməzdən öncə KVN-nin fəaliyyətini tamamilə dayandırdı. “Bakılı oğlanlar” komandasının ssenaristlərindən biri də mən olmuşam. 2000-ci ildə Moskvada “Əsrin ən yaxşı zarafatı” nominasiyasının diplomunu da almışam”, — deyə Müşfiq Abbasov əlavə edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər