Faiq Ağayevin 40 yaşı tamam oldu
29-12-2011, 13:00
Oxunub: 7 382
Xalq artisti ad gününü təmtəraqla qeyd etməkdən vaz keçdi
Bu gün xalq artisti Faiq Ağayevin doğum günüdür. Müğənninin 40 yaşı tamam olur. 17 yaşından səhnədə olan Faiq Ağayev 40 illik ömrünün 23 ilini sənətə həsr edib. 29 yaşında "Azərbaycanın Əməkdar artisti", 37 yaşında "Azərbaycanın Xalq artisti" adlarına layiq görülüb.
İnanclara görə, 40 yaşı təmtəraqla qeyd etməyin düşər-düşməzi olduğunu deyən Faiq Ağayev ad gününü anası və doğmaları ilə birlikdə evdə keçirəcək.
Biz də xalq artisti Faiq Ağayevi ad günü münasibəti ilə təbrik edir, ona uğurlar arzulayırıq!
Qeyd edək ki, 2010-cu ilin 27 sentyabrında 6 bıçaq yarası alaraq ağır yaralanan xalq artisti bu tarixi ikinci doğum günü kimi qeyd edir.
Xatırladaq ki, Faiq Balağa oğlu Ağayev 1971-cı il dekabrın 29-da Bakıda anadan olub. 1988-ci ildə "Bakı Payızı - 88" respublika mahnı müsabiqəsində qalib gələrək səhnə karyerasına başlayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər