BolgeXeber.Com » Şou-Biznes » Aşıq Ədalət efirdə söyüş söydü – VİDEO

Aşıq Ədalət efirdə söyüş söydü – VİDEO

11-04-2015, 16:50
Oxunub: 4 186 Aşıq Ədalət efirdə söyüş söydü – VİDEOATV telekanalında yayımlanan “Səbəbkar” verilişinin növbəti çəkilişlərindən birində küçə söyüşü səslənib

AzVision.az xəbər verir ki, verilişə qonaq qismində çağırılmış aşıq Ədalət digər aşıq Namiqin ifasının görüntülərini izləyib.

Videoyazıda aşıq Namiq oriental rəqqasə Aytəni saz havasına oynadıb .

Qeyd edək ki. həmin kadrlar çoxdan çəkilsə də, Aşıq Ədalət bu videonu ilk dəfə görüb.

Bu görüntüləri qonaqlar şərh edə bilməyib. Videonu sonuna qədər izləyə bilməyən ustad aşıq Ədalət isə əsəbini gizlətməyib və rəqqasə Aytənin rəqsini görərək söyüş söyməkdən özünü saxlaya bilməyib:

“….. onların var-yoxunu” deyə, ustad aşıq baş verənlərə münasibətini bildirib.

Qeyd edək ki, “Səbəbkar” verilişinin növbəti buraxılışı sabah saat 13:30-da efirə gedəcək.

BOLGEXEBER.COM