BolgeXeber.Com » Şou-Biznes » Tanınmış bəstəkarımız xəstəxanaya düşdü

Tanınmış bəstəkarımız xəstəxanaya düşdü

13-01-2012, 17:00
Oxunub: 4 744 Azərbaycanın əməkdar incəsənət xadimi, sevilən bəstəkar Elza İbrahimova xəstəxanaya yerləşdirilib.

Ona ensefalopatiya diaqnozu (beyin-qan dövranının pozulması) qoyulub. Bu barədə Bolgexeber.com-a Kliniki Tibbi Mərkəzinin baş həkimi Tərlan Bəbirov açıqlama verib. T. Bəbirov bəstəkarın mövcud vəziyyətinin stabil olduğunu qeyd edib: “Elza xanım hazırda xəstəxanada palata şəraitində müalicə olunur. Xəstəxanamıza dünən gətirilib və vəziyyətində dəyişiklik yoxdur. Danışıq qabiliyyəti pozulmayıb. Xəstəxanada neçə gün qalacağını hələ dəqiq demək mümkün deyil”.