Əməkdar artist Mehriban Xanlarova : "Kərimin şəxsi həyatı..."
23-05-2015, 17:28
Oxunub: 9 720
Müğənni Kərim Abbasovun əməkdar artist Mehriban Xanlarova haqda sosial şəbəkədə yazdığı status cavabsız qalmayıb
Belə ki, bu barədə ölkə.az-a açıqlama verən Xanlarova Kərimin üzr istəməyəcəyi təqdirdə, onun şəxsi həyatı barədə danışacağını deyib: " Mənim sosial şəbəkələrdən başım çıxmır. Hazırda Kərimin mənim barəmdə yazdıqlarını araşdırıram. Əgər bu sözləri o yazıbsa, Kərim barədə çox böyük açıqlama olacaq". Əməkdaşımızın "məhkəməyə müraciət edəcəksinizmi" sualına aktrisa belə cavab verib: "Bu sözlər mənim şərəf və ləyaqətimə, işgüzar nüfuzuma, o cümlədən Xanlarovlar soyadına böyük zərbədir. Emosional olsam da, humanist insanam, bağışlamağı bacarıram. Əgər üzr istəsə, bağışlayacağam. Amma üzr istəməsə, onun barəsəində çox böyük ölçü götürəcəyəm". M.Xanlarova bildirib ki, "Maşın" şoudan əvvəl və sonra Kərimlə heç bir problemi olmayıb: "Kərimlə pis münasibətim olsaydı, şoudan sonra deməzdi ki, Mehriban Xanlarovanın alnından öpmüşəm. Bir daha deyirəm, üzr istəməsə, açıqlamalarım olacaq". Qeyd edək ki, müğənni Kərim dünən belə bir status yazıb: "Əslində mən bir Dağlı olaraq xəcalət çəkirəm sizdən, Mehriban xanım… Sizin kimi həyasız insanın ucbatından bütün Dağlı xanımlarının adı ləkələnir. Dağlı xanımı hər bir azərbaycanlı xanımı qeyrətli və namuslu olur. Amma sizi görəndən sonra çox insanların beynində dağlılar başqa cür formalaşır. Azərbaycan incəsənətində dağlıların əvəzolunmaz yeri var. Bəsdir, biz dağlıların adına xələl gətirdiniz. Ən azından daşıdığınız Xanlarova soyadından utanın”.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər