Aygün Kazımova Natavan Həbibidən üzr istəyəcək
19-06-2015, 11:52
Oxunub: 6 328
Müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımovaya növbəti məhkəmə prosesində də qalib gəlməsi barədə sosial şəbəkədə yazıb
Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, "bu qələbə haqsızların həyat dərsidir": “Qanunlarımızın kimliyə, statusa fərq qoymadan, hər kəs üçün eyni, düzgün şəkildə tətbiq olunması bir daha sübut edildi. Bu prosesdə dəqiq və qərəzsiz çalışdıqları üçün bütün məhkəmə heyətinə, obyektivliyi qoruyaraq, xəbərləri paylaşan media nümayəndələrinə, əvvəldən sona qədər dəstəyini əsirgəməyən dostlarıma, haqqı nahaqdan ayıran sənət yoldaşlarıma, ağı qaradan seçən xalqımıza təşəkkürümü bildirirəm. Ümumilikdə haqq tərəfdarlarının qələbəsi, haqsızların həyat dərsidir. Bu müqəddəs ayda hər kəsin düzgün yola gəlməsini, günahdan qorxmasını, pis əməllərdən uzaq olmasını diləyirəm”.
Qeyd edək ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin son qərarına əsasən N.Həbibi qalib olub. Qərara əsasən A.Kazımova Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı, təhqiramiz ifadələri təkzib etməli və ondan üzr istəməlidir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər